rumınca
rupi
OBASTAN VİKİ
Rumıniya
Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). == Tarixi == Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Roman (Rumıniya)
Roman - Rumıniyada şəhər.
Rumıniya şəhərləri
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Azərbaycan-Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Azərbaycan–Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Qazaxıstan–Rumıniya münasibətləri
Qazaxıstan–Rumıniya münasibətləri — Rumıniya Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Ümumi məlumat == Qazaxıstan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr 15 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin noyabrında Rumıniyanın Qazaxıstan Respublikasındakı səfirliyi açılmışdır. 2003-cü ilin sentyabrında Qazaxıstan Respublikasının Rumıniyadakı Diplomatik Nümayəndəliyi açılır. 2012-ci ilin mart ayında Diplomatik Nümayəndəliyin Qazaxıstan Respublikasının Rumıniyadakı səfirliyinə çevrilməsinə dair Qazaxıstan Respublikası Prezidentinin Fərmanı imzalanır. == Siyasi münasibətlər == Qısa tarixi dövrdə iki dövlət ikitərəfli əməkdaşlığın bütün sahələrində, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə, habelə çoxtərəfli qarşılıqlı fəaliyyət sahəsində ciddi irəliləyişlər əldə etdilər. Qazaxıstan və Rumıniya müntəzəm siyasi dialoqlar aparır. Hər iki ölkənin parlamentlərində Dostluq Qrupları fəaliyyət göstərir. İki ölkənin millət vəkillərinin illik görüşləri keçirilir. İki ölkənin xarici işlər nazirlikləri arasında hər il siyasi məsləhətləşmələr baş tutur.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya şəhərlərinin siyahısı
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya–Türkiyə münasibətləri
Rumıniya—Türkiyə münasibətləri — Rumıniya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == 1878-ci ilin noyabrında Rumıniya ilə Osmanlı İmperiyası arasında diplomatik münasibətlər quruldu. 30 avqust 1916-cı ildə Osmanlı İmperiyası Rumıniyaya müharibə elan etdi. 9 fevral 1934-cü ildə Rumıniya, Türkiyə, Yuqoslaviya və Yunanıstanla birlikdə Balkan sazişinin hərbi-siyasi birliyini qurdu. Bu birliyin yaradılmasından əvvəl 1933-cü ildə Rumıniya-Türk müqaviləsi imzalandı. 1938-ci ildə ölkələrin Buxarest və İstanbuldakı diplomatik nümayəndəlikləri səfirlik səviyyəsinə qaldırıldı. 1939-cu ildə Balkan Antantası, hərbi-siyasi bir birlik olaraq II Dünya Müharibəsinin başlaması ilə mövcudluğunu dayandırdı. Soyuq müharibə dövründə Rumıniya ilə Türkiyə arasında praktiki olaraq heç bir diplomatik təmas yox idi. 1989-cu ildə Rumıniyadakı inqilabdan sonra Rumıniya-Türkiyə münasibətləri xeyli dərəcədə istiləşdi. Türkiyə, Rumıniyanın NATO-ya üzv olmaq üçün namizədliyini dəstəklədi və Rumıniya da Türkiyənin Avropa Birliyinə üzv olmaq istəklərini dəstəklədi.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. == Demoqrafiya == 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. == Təsviri == Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.
Rumıniya himni
Deșteaptă-te, române! ("Deştəpta-te, romıne!", azərb. "Oyan, Rumın!") — 1989-cu ildən Rumıniyanın dövlət himnidir. 1990-cı ildən 1994-cü ilədək Moldovanın da dövlət himni idi. Himnin sözlərinin müəllifi Rumın şairi Andrey Mureşanudur. Himnin musiqisin Anton Pann yazıb. == Himnin sözləri == == Xarici keçidlər == • Rumıniya himni Arxivləşdirilib 2006-10-23 at the Wayback Machine Romania: Deșteaptă-te, române!
Rumıniya kinosu
== İlk illər == Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Rumıniya rabitəsi
Rumıniya öz iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir və bu istiqamətdə işləri davam etdirir. İnformasiya-kommunikasiya texnologiyaları sektoru da bura daxildir. Ölkədə kompüter texnikası bazarı inkişaf etmiş və İT sahəsi üzrə bir sıra xarici kompaniyalar fəaliyyət göstərir. Sahənin fəaliyyəti 2001-ci ildə yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nizamlanır. Hökumət elektron ticarət, orta ümumtəhsil məktəblərində və mənzillərdə internetə qoşulma imkanının yaradılması, rəqəmli iqtisadiyyatın yeni növlərinə yiyələnmək üçün investisiya qoyuluşunu həyata keçirir. Bir sıra layihələrdə elektronikadan istifadə, bank sahəsində elektron ödəniş sistemindən istifadə Rumıniyanın beynəlxalq bazara çıxışı üçün bürokratiya və korrupsiyanın aradan qaldırılmasına təkan verəcək. Ölkədə elektron ticarətin zəif inkişafı bir sıra addımlar atılmasını zəruriləşdirdi. Ölkədə elektron ticarət bazasının yaradılması ilə əlaqədar pilot layihəsinin həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz büdcəsindən 100 min dollar ayırmışdır. Layihə xüsusi kompaniyalar tərəfindən dəstəklənmişdir. Hökumət səviyyəsində informatizasiya prosesinə 2001-ci ildə 12 milyon dollar dəyərli proqramla başlanmışdır.
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. == Tarixi == Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniya inqilabı
Rumıniya inqilabı — Rumıniya prezidenti Nikolae Çauşeskunu hakimiyyətdən devirmək üçün 1989-cu ilin dekabrında xalq və Rumıniya ordusu tərəfindən həyata keçirilən inqilab. Rumıniya şərq blokunda sosialist rejimlərinin süqutu zamanı hakimiyyətin qanlı şəkildə dəyişdirildiyi yeganə ölkə oldu. == İnqilabdan əvvəlki şərtlər == 1965-ci ildən Rumıniyaya rəhbərlik edən Nikolae Çauşeskunun iqtisadi və inkişaf siyasətinin Rumıniyanın resurslarını sıxaraq həyata keçirməsi ölkədə geniş qıtlığa və yoxsulluğun artmasına səbəb oldu. 1970-ci illərdə pis maliyyə idarəçiliyi və yanlış investisiya qərarları nəticəsində Rumıniyanın xarici borcu çox yüksək həddə çatdı. Bu borcun qısa müddətdə bağlanması üçün aparılan qənaət siyasəti (ərzaq məhsullarının normaya salınması, evlərin 14°-dən yuxarı qızdırılmasının qadağan edilməsi), 1982-ci ildən ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsinin ixracı, Parlament Sarayı kimi möhtəşəm və lazımsız tikinti layihələri, 13 min kənddən 6 mininin boşaldılıb sökülməsi və sakinlərinin yeni tikilmiş mənzillərə köçürülməsi qərarı narazılıqla yekunlaşıb. Nikolae Çauşesku 1980-ci illərdə partiya və hökumət üzərində sərt nəzarəti saxlamaq üçün sərt siyasət yürütməyə başladı. 1988-ci ildə Sovet İttifaqında tətbiq edilən açıqlıq (qlasnost) və yenidənqurma (perestroyka) siyasəti Rumıniyada qəbul edilmədi. SSRİ-nin nəzarəti altında olan digər şərq bloku ölkələrində SSRİ-də həyata keçirilən bu siyasətlərin yaratdığı islahat dalğasından sonra müxalifətə qarşı məzlum münasibət daha da kəskinləşdi. 1989-cu ilin oktyabr və noyabr aylarında Berlin divarının uçurulması və şərq bloku liderlərinin bir-bir sıradan çıxarılması Nikolay Çauşeskunun gələcəyi ilə bağlı narahatlığına səbəb olmadı. 1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Rumıniya Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumıniya Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur. == Kommunistlərin hakimiyyətə gəlməsi == İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar. Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.
Rumıniya zəlzələsi (1802)
Rumıniya zəlzələsi — Rumıniyadakı Vrança dağlarında zəlzələ 26 oktyabr 1802-ci ildə Müqəddəs Paraskeva günündə baş verir. Riçter cədvəli üzrə intensivliyi 7,9 bal qiymətləndirilən, Rumıniyada qeydə alınan ən güclü zəlzələdir. Avropa tarixindəki ən güclü zəlzələlərdən biridir. Bu zəlzələ Şərqi Avropa və Balkanlarda, Sankt-Peterburqdan Egey dənizinə qədər iki milyon kvadrat kilometrdən çox ərazidə hiss edilir. Buxarest zəlzələsinin gücü Merkalli cədvəli üzrə VIII-IX bal qiymətləndirilir. Bir çox kilsənin arakəsmələri yıxılmış və Kotroçen monastırı dağıdılmışdır. Əsasən aşan sobalardan çox sayda yanğın baş verir. Bolqarıstanda Ruse, Varna və Vidin şəhərləri demək olar ki, tamamilə məhv olur Əsas zəlzələ ardından bir sıra yeraltı təkanlar qeydə alınır. Ən güclüsü 5,5 bal gücündə olur. == Dağıntı və itkilər == Əsas təkanlar günorta ilə 12 ilə 1 arasında Buxarestə qeydə alınır.
Ukraynanın Rumıniya səfirliyi
Ukraynanın Rumıniya səfirliyi (ukr. Посольство України в Республіці Румунії) — Ukraynanın Rumıniyanın Buxarest şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 1-də Ukrayna və Rumıniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Rumıniya səfirliyi yaradıldı. Ukraynanın Rumıniyada olan fövqəldə və səlahiyyətli səfiri Paun Roqoveydir. O, 2020-ci ildən bu vəzifədədir.
Azərbaycan-Rumıniya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Rumıniya futbol matçları
== Kişilər ==
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. == Tarixi == Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Moldova (Rumıniyanın tarixi vilayəti)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Rumıniya 2015 Avropa Oyunlarında
Rumıniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Rumıniya ümumilikdə 147 idmançı ilə təmsil olunur.
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Rumıniyanın kişilərdən ibarət yığması 14-cı yeri tutmuşdur. Kişilərqadınlar ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Rumıniya «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. KişilərQadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rumıniyada krım tatarları
Rumıniyada krım tatarları — Rumıniyada yaşayan milli azlıqlardan biri. Türk tayfalarının Rumıniya ərazisinə köçü hunlar və Bolqarların adı ilə bağlıdır. Müxtəlif türk tayfalarının Rumıniya ərazisinə növbəti köçü Qızıl Orda dövlətinin Doburcaya hücumu zamanı baş vermişdir. XIV—XV əstrlərdə isə Osmanlı imperiyası noqayların Doburcanı nəzarətdə saxlamasına icazə vermişdir. 1593 və 1595-ci illərdə tatarlar da Doburcaya köç etmişlər === Tarix === 1783-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra krım tatarları Osmanlı imperiyasının sərhəd bölgələrinə üz tuturlar. Onlar əsasən Doburcada məskən salırlar. Gəldikləri ərazidə Şirin, Yayla, Ağməscit, Yalta, Kəfə, Bəybucaq adlı yaşayış məntəqələri salırlar. 1783 - 1853-cü illərdə 10 minlərlə krım tatarı və noqay Rusen vilayətinə üz tutmuşdur. Bölgə «Kiçik Tatariya» adı ilə tanınırdı. Bucaq vilayətindən noqaylar növbəti dəfə 1812-ci ildə Döburcaya üz tuturlar.
Rumıniyada qaqauzlar
Rumıniyada qaqauzlar ən qədim etnik azlıqlardan biridir. Onların əsas yaşayış məntəqələri Dobruca bölgəsində (Rumıniyanın cənub-şərqi) yerləşir və onların əsas dini pravoslavlıqdır. == Tarixi == Qaqauz xalqının Dobruca və Deliorman bölgələrində yaşadığı 13-cü əsrdən məlumdur. XIX əsrin əvvəllərində Dobrucadaki qaqauzların sayı hələ çox idi. Bessarabiya torpaqlarının Rusiya imperiyasına keçdiyi dövrdə (1812), qaqauzların kiçik bir hissəsi Dobrucadan Bessarabiyaya köçmüşdür, çünki orada qaquzları imtiyazlar vəd edilmişdir ki, onlar hərbi xidmət və çar hökumətinin qoyduğu vergilərdən azad idilər, həmçinin onlara müharibə və quldur terroru ilə əhatə olunmuş Balkan yarımadasını tərk etmək imkanı verilmişdir. Dobrucada (Bolqarıstanın şimal-şərqi və Rumıniyanın cənub-şərqi) qalan əhalinin əksəriyyəti assimilyasiya olunmuşdur. == Assimilyasiya == Rumıniya, Rusiya, Bolqarıstan dövlətləri qaqauzların assimilyasiyasına güclü təsir etmişdilər. Bu cür proseslər 1918-1944-cü illərdə Rumıniyanın "Bessarabiyanın azad edilməsi" zamanı da baş verirdi. 1940-1941-ci illərdə SSRİ XDİK "Bessarabiyada xalq düşmənləri" şüarları altında qaqauzlar arasında kütləvi təmizləmələr aparmış, XDİK əməkdaşları yüzlərlə qaqauz ailəsini repressiya etmişdilər. Qaqauzlar ilk dəfə SSRİ-də hərbi xidmətə çağırılmışdılar, sovet işğalı dövründə qaqauzları rus dilində danışmağa məcbur edirdilər və doğma dillərində ünsiyyətləri qadağan olunmuşdur.
Rumıniyalı Elena
Rumıniyalı Elena, (həmçinin Rumıniya şahzadəsi adlandırılır, 15 noyabr 1950) Rumıniyanın keçmiş kralı I Mixay və həyat yoldaşı kraliça Annanın kiçik qızıdır, Kraliça Viktoriyanın kötücəsidir. İctimai həyat sürərək sosial fəaliyyət göstərir. == Bioqrafiya == 1950-ci il noyabrın 15-də Lozanna şəhərində anadan olub, kral ailəsinin ikinci qızı olmuş, bacısı Marqarita Rumıniya vəliəhd şahzadəsidir . Onun uşaqlığı Lozannada ailə evlərində və İngiltərədə Ayot St. Lawrenceʼdə Hartfordşirdə keçmişdir. Elena İbtidai məktəbini İsveçrədə aldı, sonra İngiltərədə təhsilini davam etdirdi. Məktəb illərində o, idmanla məşğul olurdu. 1970-ci illərin ortalarında Londonda bir müddət əlil uşaqların tədrisi ilə məşğul oldu, sonra restorasiya sənətində iki illik kursunu başa vurdu və Londonda yerləşən restorasiya firmasında işlədi. 1980-ci illərdə, ilk həyat yoldaşı ilə birlikdə, 45 Efiopiyalı əlil qaçqını müxtəlif sənətkarlıq sahəsində yetişdirmək üçün bir layihə başlatdılar. 1982-ci ildə Elena Sudanın Əl-Cəzirə vilayətində Beynəlxalq Məktəbi təsis etdi.
Rumıniyanın Qurtuluş Birliyi
Rumıniyanın Qurtuluş Birliyi (rum. Uniunea Salvați România; USR) Rumıniya parlamentinin siyasi partiyası, yerli seçkilərdə Buxarest Qurtuluş Birliyinin (rum. Uniunea Salvați Bucureștiul, USB) müvəffəqiyyətindən sonra 2016-cı ildə meydana gəldi. 2016-cı il siyasi partiya olaraq rəsmən qeydiyyatdan keçdikdən sonra , 21 avqust 2016-cı ildə Buxarest Qurtuluş İttifaqı və Kodla Birliyi (rum.Uniunea pentru Codlea) ilə birləşdi. == İdeologiya == Rumıniyanın Qurtuluş Birliyinin Vitse-prezidenti Klotilda Armand, partiyanın müəyyən bir ideologiyasının olmadığını bildirirdi. == Tarixi == 1 iyul 2015-ci il, Buxarest Xilasetmə Assosiasiyasının prezidenti (Rum. Asociaţiei Salvaţi Bucureştiul) Nikuşor Dan Buxarest Qurtuluş Partiyası Birliyinin yaradılmasını açıqladı. Yeni təşkilatın vəzifələri arasında şəhərin tarixi tikililərinin qorunması, idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması olmuşdur. 23 fevral 2016-cı ildə Nikuşor Dan Buxarest bələdiyyə başçılarının seçilməsi üçün proqramını Facebook-da yerləşdirdi. Dan, Bələdiyyə seçkilərində ikinci yeri tutdu.
Rumıniyanın inkişaf regionları
Rumıniyanın inkişaf regionları — Rumıniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı yerli inkişafı daha yaxşı koordinasiya etmək üçün 1998-ci ildə təsis edilmişdir. Rumıniyanın inkişaf bölgələri AB üzv dövlətlərin NUTS 2 səviyyəsinə uyğun gəlir. İnkişaf bölgələrinin getdikcə əhəmiyyətli olmasına baxmayaraq, inzibati statusu və öz mərkəzi yoxdur. Onlar əsasən Avropa İttifaqının regional inkişafı və statistika toplanması üçün verilən PHARE fondlarının paylanmasına xidmət edirlər. Rumıniya Avropa Birliyinə qoşulduqdan sonra inkişaf regionları Regionlar Komitəsinə (KOM) daxil oldu.
Rumıniyanın inzibati bölgüsü
İnzibati olaraq Rumıniya 41 judetstlərə, 256 bələdiyyə və 2,686 kommuna bölünür. Rayonlar mərkəzi hökumət tərəfindən təyin edilmiş prefektlərlə idarə olunur, lakin 2006-cı ildən etibarən partiyasız olmalıdır. İstisna Buxarest bələdiyyəsidir. 1059/2003 saylı Avropa İttifaqının Nizamnaməsinə əsasən, Rumıniya ərazisi inzibati-ərazi vahidləri olmayan 8 inkişaf etmiş regiona bölünür, lakin yalnız ölkənin statistik hissələridir. Kommunalar öz inzibati mərkəzləri olmayan kəndlərə bölünür. Rumıniyada ümumi sayı 13092 kənd mövcuddur.
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası — Rumıniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Rumıniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Marsel Tenterdir.
ворси́нковый зада́ча испро́бовать коза́ куропа́тка по-све́тски проти́веть сма́зывание углепла́стик упа́ривание фэйсконтро́ль злато́й контрфо́рс курабье́ наиважне́йший полиэ́стер толчка́ми четвёрочница драть пороз brattishing Callao local preacher screen personality suck-fish