Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd Ruminski
Kəblə-Əhməd Məmmədqulu oğlu Əhmədov (tanınır: Əhməd Rumlu (Ruminski); 12 avqust 1902, Bakı – 13 noyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Rumlu 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Lakin onun ailəsi Əhməd doğulmamışdan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan mühacirə edilmişdi. Atası İranda anadan olmuşdu. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20–30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı.
Əhməd Əhmədov (Ruminski)