UDİN

I
сущ. удинец, удинка (представитель удинской народности); udinlər удины (народность, живущая в основном в Габалинском и Огузском районах Азербайджанской Республики)
II
прил. удинский. Udin dili удинский язык (один из бесписьменных дагестанских языков, относящихся к лезгинской группе)
UDDURMAQ
UDİNCƏ
OBASTAN VİKİ
Udin
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Udin dili
Udi dili — udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.
Allium udinicum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Udine
Udine — İtaliyanın Friuli-Venesiya-Culiya regionunda şəhər.
Udineze FK
Udineze Futbol Klubu İtaliyanın eyniadlı şəhərini təmsil edən bir komandadır. Hazırda Seria A-da mübarizə aparır.1896-cı ildə təsis olunan klub hazırda yüksək dəstədə çıxış edən ikinci ən köklü klub sayılır. Ev oyunlarını 41 min tamaşaçı tutumuna malik Stadio Friuli arenasında keçirir. Ağ-qara formada çıxış edir.
Udinlər
Udilər, Udinlər (udicə Udi, Uti, rus. Удины) — Şərqi Qafqazda ən qədim xalqlardan biri. Udilər Oğuz rayonunun inzibati mərkəzi olan Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udilər eləcə də Rusiyada, Gürcüstanda (Kaxetinin Zinobiani kəndində), Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə yaşayırlar. Udilər udi dilində danışırlar. Udilər arasında eləcə də Azərbaycan, rus, gürcü və başqa dillər geniş yayılmışdır. Dinləri xristianlıqdır. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olmuşdur. Adları çox güman ki qədim qaynaqlarda sadalanan utilərlə əlaqədardır. Həmçinin Qafqaz Albaniyası dövründə Albaniyanın qərbi və cənub-qərbi ərazilərini (təxmini olaraq indiki Qarabağ ərazisi və ona yaxın mahallar) əhatə edən Uti vilayəti də mövcud idi.
Udinlər (1993)
Kinolent Azərbaycan Respublikası ərazisində yaşayan, öz adət-ənənəsini, dilini qoruyub saxlayan udin millətinin timsalında azsaylı xalqların etnogenezisinə həsr olunmuşdur. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Значение слова в других словарях