Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Russian Red
Russian Red - (rus qırmızısı - musiqiçinin sevimli dodaq boyasının adı) — əsl adı Lurdes Ernandes (isp. Lourdes Hernández; 20 noyabr 1985, Madrid) olan indie və folk janrlarının ifaçısı. İspaniyada ispan Feisti kimi tanınır. Bütün musiqilərini ingilis dilində yazır və səsləndirir. Eyni zamanda ingilis mahnılarına qulaq asır. Musiqiçinin səsi bir çox mahnılarda Kaliforniyadan olan ifaçı Djoannı Nyusomun səsi kimi uşaq səsini xatırladır. Russian Red proyekti Lurdesin musiqiçi Brayan Hantla (atası - ingilis, anası ispan idi) tanış olduğu vaxtdan başlayır. Onunla birlikdə demo-yazı (bura hələ də işıq özü görməyən «Reason», «The Night of the Paper» və «Sadie» trekləri daxil olmuşdu) buraxır ki, bunun sayəsində MySpace səhifəsində 70 000 baxış qeydə alınır. Russian Red "təxəllüsü" Lurdesin adətən işlətdiyi eyniadlı qırmızı pomadanın adından yaranıb.
Russki adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskaya Kara (Askın)
Ruskaya Kara (başq. Урыҫ Ҡара, rus. Русская Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 45 km, kənd sovetliyindən (Starıy Kazansı): 10 km. ən yaxın dəmiryol stansiyasından (Keuda stansiyası): 88 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (100%) üstünlük təşkil edir.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Staraya Russa
Staraya Russa — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. Discovery Channel – MBG saytında.
Russki adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Russki adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.
Kritika: Explorations in Russian and Eurasian History
Kritika: Explorations in Russian and Eurasian History — "Slavica Publishers" tərəfindən nəşr olunan rüblük resenziyalı akademik jurnal. Rusiya və Avrasiyanın tarixini və mədəniyyətini əhatə edir. Baş redaktorlar Endrü Cenks (Kaliforniya Dövlət Universiteti), Suzen Morrissi (İrvayn Kaliforniya Universiteti) və Villard Sanderlenddir (Cincinnati Universiteti).