Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2-3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Russkiye Vedomosti (qəzet)
Russkiye Vedomosti — Qəzet. 1863-cü ildən Moskvada çıxırdı, mötədil-liberal ziyalıların baxışlarını ifadə edirdi. 1880-1890-cı illərdə qəzetdə demokratik cəbhənin yazıçıları (V.Q.Korolenko, M.Y.Saltıkov-Şedrin, Q.İ.Uspenski və başqaları) iştirak edirdilər, liberal xalqçıların əsərləri çap olunurdu. 1905-ci ildən qəzet kadetlər partiyasının sağ cinahının orqanı idi. 1918-ci ildə "Russkiye Vedomosti" digər əksinqilabçı qəzetlərlə birlikdə bağlandı. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Ruskiy adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). === Coğrafi yerləşmə === Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.
Con Ruskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. == İstinadlar == == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. == Tarixi == 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi.2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. == İstinadlar == == Xarici keçidlər == Discovery Channel – MBG saytında.
Hamilton Aleksandr Rosskin Gibb
Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb (2 yanvar 1895[…], İsgəndəriyyə – 22 oktyabr 1971[…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası. == Həyatı == Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransız və alman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir. === Hərbi xidməti === Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir. === Şəxsi həyatı === Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir.