Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb[3] (2 yanvar 1895[1][2][…], İsgəndəriyyə – 22 oktyabr 1971[1][2][…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası.[4]
Hamilton Aleksandr Rosskin Gibb | |
---|---|
Doğum tarixi | 2 yanvar 1895[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1971[1][2][…] (76 yaşında) |
Vəfat yeri |
|
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransız və alman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir.
Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir.
Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir. Onların bir oğlu – Ayan (1923–2005) və bir qızı – Doroti (1926–2006) olur.[5]
Ser Hamilton Aleksandr Rosskin Gibb 22 oktyabr 1971-ci il tarixində vəfat etmişdir.