Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. == Təsviri == Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
İvan Rutkoviç
İvan Rutkoviç (ukr. Іван Руткович; təq. 1650, Zoloçevsk rayonu[d], Lvov vilayəti – XVIII əsr) — əsasən Jolkva və Unevdə fəaliyyət göstərmiş ukraynalı ikona rəssamı. O, rəssamlıq və ağacişləmə üzrə Jolkva ikonoqrafiya məktəbinin qurucusu hesab olunur. == Yaradıcılığı == Rutkoviçin bəzi işləri itmişdir, lakin digər ustalarla hazırladığı ikonostaslar da daxil olmaqla, bir çox yaxşı qorunub saxlanılmış ikonası mövcuddur. Volitsa Derevlianska (1680–82) və Voliya Visotskada (1688–89) yerləşən taxta kilsələrin ikonostasları, eləcə də, Jolkvadakı İsanın Doğulması Kilsəsinin böyük ikonostası (10,85 х 11,87 m) bu cür əsərlərinə nümunədir. Sonuncu qeyd olunan ikonostas Nova Skvariava ikonostası kimi tanınır və 1697–99-cu illərə aiddir, hazırda Lvov Milli Muzeyində saxlanılır. Həmin dövr üçün Ukrayna ikonostasları arasında şah əsər hesab olunur. 7 cərgə ikonadan ibarət olan əsər 2009-cu ildə bərpa edilərək ictimaiyyətə təqdim edilmişdir. Lvov Milli Muzeyində ayrı-ayrı ikonları da mühafizə olunur.