Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rıbaçi yarımadası
Rıbaçi yarımadası (Ş.saam. Giehkirnjárga, fin Kalastajasaarento, norv. Fiskerhalvøya) — Rusiyanın şimalında yerləşən yarımada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizi və Motovski körfəzinin sahillərində yerləşir. Yarımada öz növbəsində bir platodur. Əsaaən gil, qum, əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi 299 metrdir (Eyna). Tundra bitkiləri ərazisində geniş ərazini tutur. Yaxınlıqdan keçən isti Nordkap cərəyanı sayəsində sahilləri qışda donmur.
Ribekit
Ribekit Na2 Fe32+Fe23+ [(OH, F) | Si4 O11]2; Maqnezioribekit – Na2Mg3Fe23+[(OH,F)|Si4 O11]2. — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Krokidolit (yaxud mavi asbest) və rodusit – uyğun olaraq ribekit və maqnezioribekitin asbestəbənzər növ müxtəliflikləri. == Xassələri == Rəng – açıq- və tünd-göydən qöyümtül-qarayadək; krokidolitin – mavi, göyümtül-yaşıl, sarımtıl, bozumtul, yaşılımtıl, qızılı-qəhvəyi; Mineralın cizgisinin rəngi – göyümtül-qara, tünd-göydən açıq-göyədək, bəzən rəngsiz; krokidolitin–poladı-boz, qızılı-qəhvəyidən sarıyadək; Parıltı – şüşə, asbestəbənzər əmələgəlmələrdə – ipəyi; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,0-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; krokidolitdə – yoxdur; Bölünmə – qeyri-hamar, asbestəbənzər növ müxtəlifliklərində – tikanlı; Morfologiya – kristallar: iynəvari, üzlərin uzunu istiqamətdə cizgilənmiş prizmatik; Mineral aqreqatları: püruzlar, lifli kütlələr. == Mənşəyi və yayılması == Maqmatik ribekitə natriumla zəngin intruziv və effuziv süxurlarda – qranit, siyenit, riolit, traxit, komenditlərdə və b. rast gəlinir. Habelə qranit peqmatitlərində qeyd edilir. Bu mineralların metamorfik əmələgəlmələri dəmirli kvarsitlərdə, maqnezioribekitinkilər isə həmçinin qlaukofan şistlərində tez-tez müşahidə olunur. Kvars və kalsit damarlarında bəzən hidrotermal mənşəli ribekitə rast gəlinir.
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .