Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Rabona
Rabona — futbolda dribblinq fəndi. Bu fənd zamanı, topsuz ayağı digər ayağın arxasından gətirərək topa zərbə vurulur. == Tarixi == İlk dəfə 1948-ci ildə Estudiantes də la Plata and Rosario Central arasında oynanan matçda Argentinalı hücum oyunçusu Rikardo İnfantenin istifadə etdiyi bu fənd futbolçular tərəfindən estetik ortalar və paslar çıxarmada istifadə edilir.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. == Ümumi Məlumat == Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur.Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Rianna
Robin Rihanna Fenti (ing. Robyn Rihanna Fenty; 20 fevral 1988[…]) — barbadoslu müğənni, aktrisa, dəb dizayneri və iş qadını. 22 fevral 2008-ci ildə keçmiş Barbados Baş naziri Devid Tompson ölkədə 22 fevral tarixini Rihanna günü elan etmişdir.
Riboza
Riboza — pentoza qrupundan olan monosaxarid, suda asanlıqla həll olan və şirin bir dadı olan rəngsiz kristallardır. 1905-ci ildə kəşf edilmişdir. == Kimyəvi xassələri == Riboza, digər monosaxaridlər kimi, məhlullarda asiklik və tsiklik tarazlıq qarışığı şəklində mövcuddur: piranoz və furanoz formaları (anomerik α- və β-ribopiranozlar və α- və β-ribofuranozlar). Bu formaların məhluldakı nisbəti: β-ribopiranoz (59%), α-ribopiranoz (20%), β-ribofuranoz (13%), α-ribofuranoza (7%), asiklik (0.1%). Riboza hidrogen və ya natrium amalgam tərəfindən müvafiq alditə (ribit) qədər reduksiya olunur və aldehid qrupu tərəfindən ribonolaktonun sintezi şəraitində tsiklləşə bilən müvafiq aldonik (ribonik) turşusuna oksidləşir və hidrazinlərlə ozazonlar əmələ gətirir. == Bioloji rolu == Ribozanın Β-D-ribofuranoz şəkli ribonuklein turşusunun, nukleozidlərin, nukleotidlərin və digər bioloji əhəmiyyətli maddələrin bir hissəsidir. Riboza RNT-nin tərkib hissəsidir və genetik transkripsiyada istifadə olunur. Β-D-ribozanın törəməsi olan β-D-dezoksiriboza DNT-nin tərkib hissəsidir. Həmçinin β-D-riboza ATP və maddələr mübadiləsində iştirak edən bəzi digər maddələrin tərkib hissəsidir. == Xirallıq == Bioloji quruluşa malik olan riboza, xirallığa malikdir: DNT və RNT molekulları yalnız "sağ" riboza üzərində qurulmuşdur.
Riding
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Ridinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Rimini
Rimini (it. Rimini, lat. Ariminum) — İtaliyanın Adriatik sahilində bir kurort. Emilia-Romanya bölgəsin Rimini vilayətin paytaxtı. Federiko Fellininin doğma şəhəri.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Robinia
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Rıbinsk
Rıbinsk — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Tribuna
Əsas
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser;DigərSabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Rbona
Rbona (gürc. რბონა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 0 nəfər idi. 2014-cü ildə 5 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
İrina
İrina — ad.
Albina, Surinam
Albina — Surinamda şəhər, Marovijne rayonunun mərkəzidir. Şəhər Fransa Qvianası və Surinam arasında sərhəd kimi xidmət edən Marovijne çayının qərb sahilində yerləşir. Albina şəhəri 1845-ci il dekabrın 13-də Avqust Kappler tərəfindən qurulmuş və həyat yoldaşı Albina Josefine Liezenmaierin (1815–1904) şərəfinə adlandırılmışdır. Kappler Almaniyanı tərk edərək Surinama gedir.1845-ci ilin fevral ayında Maroni çayı yaxınlığında tərk edilmiş kənd görür.Daha sonra mehriban bir yerli və Maroon xalqı ilə tanış oldu və icazə aldıqdan sonra kənddə yerləşməyə qərar verdi. 1913-cü ilə qədər bir ədəd tibb məntəqəsi və 349 kişi və 266 qadın Albinada yaşayırdı. 22 iyul 1986-cı ildə Surinam Vətəndaş müharibəsi başladı.Həmin gecə Ronnie Brunswijkin başçılıq etdiyi Cəngəllik Komandosu Albinadakı ordu kazarmalarına atəş açdı.Döyüş üç saat davam etdi.Bir əsgər və iki mülki şəxs yaralandı. Milli Ordu bu hadisəyə cavab olaraq Moengotapoedəki məbədi dağıtdı və orada olan bütün kişiləri əsir götürdü. Vətəndaş müharibəsi zamanı ərazinin böyük hissəsi, o cümlədən Albina şəhərinin bir çox hissəsi və yolları dağıdıldı.Bu, həmçinin Fransa Qvianasında qaçqın böhranına səbəb oldu.24–25 dekabr 2009-cu il tarixlərində Albinada iğtişaşları baş verdi , yerli Maroon sakinləri Braziliyalı, Çinli, Kolumbiyalı və Perulu qızıl axtaranlara hücum etdikdən sonra bir adam braziliyalı tərəfindən bıçaqlanaraq öldürüldü. İğtişaşlar nətisində 1 nəfər həlak oldu və ən azı 24 nəfər yaralandı.
Albina (Surinam)
Albina — Surinamda şəhər, Marovijne rayonunun mərkəzidir. Şəhər Fransa Qvianası və Surinam arasında sərhəd kimi xidmət edən Marovijne çayının qərb sahilində yerləşir. Albina şəhəri 1845-ci il dekabrın 13-də Avqust Kappler tərəfindən qurulmuş və həyat yoldaşı Albina Josefine Liezenmaierin (1815–1904) şərəfinə adlandırılmışdır. Kappler Almaniyanı tərk edərək Surinama gedir.1845-ci ilin fevral ayında Maroni çayı yaxınlığında tərk edilmiş kənd görür.Daha sonra mehriban bir yerli və Maroon xalqı ilə tanış oldu və icazə aldıqdan sonra kənddə yerləşməyə qərar verdi. 1913-cü ilə qədər bir ədəd tibb məntəqəsi və 349 kişi və 266 qadın Albinada yaşayırdı. 22 iyul 1986-cı ildə Surinam Vətəndaş müharibəsi başladı.Həmin gecə Ronnie Brunswijkin başçılıq etdiyi Cəngəllik Komandosu Albinadakı ordu kazarmalarına atəş açdı.Döyüş üç saat davam etdi.Bir əsgər və iki mülki şəxs yaralandı. Milli Ordu bu hadisəyə cavab olaraq Moengotapoedəki məbədi dağıtdı və orada olan bütün kişiləri əsir götürdü. Vətəndaş müharibəsi zamanı ərazinin böyük hissəsi, o cümlədən Albina şəhərinin bir çox hissəsi və yolları dağıdıldı.Bu, həmçinin Fransa Qvianasında qaçqın böhranına səbəb oldu.24–25 dekabr 2009-cu il tarixlərində Albinada iğtişaşları baş verdi , yerli Maroon sakinləri Braziliyalı, Çinli, Kolumbiyalı və Perulu qızıl axtaranlara hücum etdikdən sonra bir adam braziliyalı tərəfindən bıçaqlanaraq öldürüldü. İğtişaşlar nətisində 1 nəfər həlak oldu və ən azı 24 nəfər yaralandı.
Albina Kurbijekova
Albina Kurbijekova (rus. Альбина Васильевна Курбижекова (Кужакова); , 8 aprel 1951, Ustinkino kəndi, Orconikidze rayonu, Xakasiya) – Xakasiya yazıçısı, şairi, tərcüməçi, folklor toplayıcısı, Xakasiya Respublikasının başçısı Moisey Bainov adına ədəbi mükafat laureatı, Xakasiya Yazıçılar Birliyinin sədri (2015-ci ildən). == Həyatı == Albina Vasilyevna Kurbijekova 8 aprel 1951-ci ildə Xakasiya Respublikasının Orconikidze rayonunun Ustinkino kəndində anadan olmuşdur. Orta məktəbi Abakan şəhərində oxumuşdur. 1966-cı ildə Minusinsk Pedaqoji Məktəbini bitirmişdir. 1969-cu ildən etibarən Abakan şəhərinin Şarıpovski rayonunda (21 saylı məktəb) bədən tərbiyəsi müəllimi, Uşaq və Gənclər Turizmi Mərkəzində baş müəllim, Xalq Sənəti Elmi-Metodik Mərkəzində metodist (folklorçu) kimi çalışmışdır. 2000 - 2012 –ci illərdə Abakan şəhərindəki 26 və 28 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi işləmişdir.2012-2015-ci illərdə Sulek Muzey-Qoruğunun direktoru vəzifəsində çalışmışdır.Rusiya Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildən Xakasiya Yazıçılar Birliyinin sədridir. Xakasiya Respublikasının paytaxtı Abakan şəhərində yaşayır. Əsərlərini xakas dilində yazır.
Anthemis rigida
Anthemis rigida (lat. Anthemis rigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Artemisia rigida
Artemisia rigida (lat. Artemisia rigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.