Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Napuka
Napuka (fr. Napuka) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). == Coğrafiya == Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elədə iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir. == Tarixi == Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. == Tarixi == Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. == Ölkəmizdə == Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. == Digər ölkələrdə == Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Andryu Lapuka
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. == İnzibati bölgüsü == Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin == Əhalisi == Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. == Adlandırılması == Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.