Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cenna Aşkoviç
Cenna Noel Aşkoviç Stenli; doğum adı: Min Ci (ing. Jenna Noelle Ushkowitz Stanley, kor. 제나 우슈코비츠; 28 aprel 1986[…], Seul) — Cənubi Koreya doğumlu ABŞ aktrisası, müğənnisi və prodüseri.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
İvan Laskoviç-Kroata
İvan Laskoviç-Kroata (xorv. Ivan Lacković Croata) — təbiəti təsvir janrda işləyən xorvat rəssamı. Lakoviç-Kroata Kalinovac yaxınlığındakı Batinska kəndində kəndli ailəsində anadan olub. İbtidai təhsili bitirdikdən sonra tarlalarda, meşələrdə fəhlə işləmişdir. Özünü öyrədən bu rəssam kənd həyatını əks etdirən ilk akvarellərini 1944-cü ildə tamamlayıb. İlk rəsmlərini 1952-ci ildə çəkir. 1954-cü ildə İvan Laskoviç-Kroata Kloştar Podravskiyə köçür. Orada üç il keçirir və ilk yağlı boya əsərlərini çəkir. Sonra Zaqrebə köçür, orada poçtalyon və poçt işçisi kimi çalışır. 1962-ci ildə o, Krsto Heqeduşiç ilə tanış olur və vaxtaşırı onun emalatxanasında işləyir.