Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şibenik
Şibenik (xorv. Šibenik) — Xorvatiyanın mərkəzi Dalmasiya bölgəsindəki tarixi bir şəhərdir. Krka çayının Adriatik dənizinə tökülən hissəsində qurulmuşdu. Şibenik şəhəri Şibenskо-Kninskаya bölgəsinin inzibati və iqtisadi mərkəzidir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 46,332 nəfərdir. Şibenikdəki mərkəzi kilsə, Müqəddəs Ceyms katedralı, UNESCO-nun Dünya İrsi siyahısındadır. Şibenik şəhəri 12-ci əsrdə Macarıstan krallığı və 1412-1797 illəri arasında Venesiya knyazlıqları altında yaşamışdır. Bu dövrdən qalma bir çox əsər var. Qısa bir müddət fransız və 1917-ci ilə qədər də Avstriya imperiyası idarə etmişdi.
Satenik
Satenik (erm. Սաթենիկ; Alaniya) —və ya Satana Ermənistan kralı Artaşeslə evlənən şahzadə. Onların '"Artaşes və Satenik"' kimi tanınan sevgi hekayəsini erməni tarixçisi Movses Xorenli özünün '"Ermənistan tarixi"' əsərində təqdim edir. Movses qeyd edib ki, bilavasitə sitat gətirdiyi hekayə onun dövründə Ermənistanın sadə xalqı arasında səyahət edən nağılçılar və ozanların danışdığı məşhur dastan olub. Adı yunan formasında Artaksias kimi də görünən Artaşes, təxminən eramızdan əvvəl 189-cu ildə Ermənistan taxtına yüksəldi və həm Roma, həm də Parfiya tərəfindən tanındı. Kral I Artaşesin (e.ə. 189–159) hakimiyyəti dövründə alanların Ermənistan Krallığını işğalı Artaşes və Satenik arasında romantik nağıl fonunda rol oynayır. Alanlar İberiya torpaqlarını fəth etdikdən sonra daha da cənuba doğru hərəkət edərək Kür çayını keçərək Ermənistana daxil oldular. Artaşes Alaniya təhlükəsini qarşılamaq üçün böyük bir qüvvə topladı və iki tərəf arasında şiddətli müharibə baş verdi, nəticədə Alaniya kralının kiçik oğlu əsir alındı. Alanlar Kür çayına geri çəkilməyə məcbur oldular və orada çayın şimal tərəfində düşərgə qurdular.
Sazalnik dili
Sazalnik dili — qum-balıqqulağından ibarət olan dil. Azov dənizinin Taqanroq körfəzi sahilində qərarlaşır. Qlafirov dilindən 15 km şimalda yerləşir. İnzibati cəhətdən Krasnodar diyarının Şerbinov rayonu ərazisinə daxildir. Dil ərazisi düzənlikdir. Eni 3 km, uzunluğu 7 km təşkil edir. Elə də hündür olmayan sahil əraziləri balıqqulağı ilə örtülüdür. Dilin böyük qismini Dolqoe gölü tutur. Azov dənizi ilə kiçik axınla birləşir Dilin qərb hissəsində yeganə yaşayış məntəqəsi olan Şabelskoe kəndi yerləşir. Kənd ilk dəfə 1783-cü ildə Sazalnik adı ilə təşkil olunmuşdur.
Şebenik-Yablonisa Milli Parkı
Şebenik-Yablonisa Milli Parkı (alb. Parku Kombëtar Shebenik-Jabllanicë) — Albaniyanın Elbasan vilayətinin şərqində yerləşən milli park. Parkın sahəsi 339 km²-dir və Makedoniya Respublikasının sərhəddində yerləşir.. Ərazinin hündürlüyü 300 metrdən 2200 metrə qədər dəyişir. Ən hündür zirvəsi isə Şebenik və Yablonisadır. Məhs bu zirvələrin adları parka verilmiş. Milli Park Albaniyanın ən cavan parkdır. Park 21 may 2008-ci ildə qurulub. Park ərazisində müxtəlif növ heyvanlar məskunlaşıb ki, əksəriyyəti Albaniya üçün nadır növ hesab olunur:qonur ayı, qurd və balkan vaşağı. Milli park ərazisində iki böyük çay və onlarca kiçik çay var.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.