Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayrışan işıqlar
Sayrışan İşıqlar — tibbi məzmunlu Azərbaycan televiziya serialı. Ssenari müəllifi və rejissoru Zaur Tahirsoydur. Azərbaycan Film Akademiyası istehsalı olan serial 2020-ci ildə Xəzər TV də yayımlanıb. Azərbaycan həkimləri haqqında serial 32 seriyadan ibarətdir. Hadisələr Bakı şəhərində cərəyan edir. Yasəman doktor universitetdən sevgili olub amma ailə qura bilmədiyi Yaşar doktorla eyni klinikada işləyir. Yaşar doktor da evlənib, amma səhvi ucbatından həyat yoldaşı iflic olub. Yaşar doktor bunu özünə bağışlaya bilmir. Yasəmən doktor Fikrət doktordan uzun illərdir ki, ayrılıb. Ayrılıq zamanı Yasəmən avtoqəzaya uğrayıb və övladını itirib.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Cayizan
Cayizan— İranın Xuzistan ostanının Ümidiyə şəhristanının Cayizan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,953 nəfər və 460 ailədən ibarət idi.
Gamışan
Gamışan (Bükan)
SAYOKAN
Sayokan Türk millətlərinin ortaq döyüş sənətidir. "Sayokan" sözünün mənası — "SAvaşçının (döyüşçünün) YOlu və KANı (Qanı)" cümləsindəki sözlərin baş hecalarının birləşməsindən yaranıb. SAvaşçı (döyüşçü) sözü ilə ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyəti və intizam; YOlu sözü ilə sülh, çalışqanlıq, sevgi, hörmət, adət və ənənələr; KANı (Qanı) sözü ilə də tarixdəki qəhrəmanların birliyi, davamiyəti əks olunur. SaYoKan dünya döyüş sənətləri arenasında türk millətinin səciyyəsini, qabiliyyətlərini əks etdirən türk döyüş sənətidir. Döyüş sənətləri sahəsində kölə asılılıqdan xilas olma nöqtəsində gücünü, fərqliliyini ortaya qoyan bir döyüş sənətidir.
Saqiyan
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Saylisao
XVII əsrdə Yan Layju tərəfindən yaradılmışdır. Dinin tərəfdarları konfusiçiliyin təbliğ etdiyi əxlaqi normalara riayət edir, tütün məmulatları və alkoqol qəbul etmirlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Saylisao Çinin şimal əhalisi arasında kifayət qədər geniş yayılmışdır. Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra din ardıcıllarının kortəbii şəkildə Tayvana köçməsi, icma rəhbərlərinin isə Çini tərk etməsinə qadağa qoyulması, uzun müddət bu dinin Tayvanda nüfuz qazana bilməməsinə səbəb olmuşdur. Yalnız 1950-ci ilin mayında daxili işlər nazirliyində qeydiyyatdan keçdikdən sonra onun fəaliyyətində irəliləyişlər baş vermişdir. Saylisaonun ideyalarına hörmətlə yanaşan və mütəmadi olaraq, onun keçirdiyi tədbirlərdə iştirak edən istənilən din mənsubu onun üzvü ola bilər. Hazırda Tayvanda Lisao adı altında fəaliyyət göstərir.
Seyidan
Seyidan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidan kəndi 2012. Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine 24 sentyabr 2017-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri çərçivəsində Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmişdır. 15 sentyabr 2016-cı il tarixində rayonun Seyidan kəndində 132 şagird yerlik ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir.
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Zaysan
Zaysan — Qazaxıstanda şəhər, Şərqi Qazaxıstan vilayətinin Zaysan rayonunun inzibati mərkəzi. Səng silsiləsinin ətəklərində, Janqiztobe dəmir yolu stansiyasından 378 km cənub-şərqdə (Semipalatinsk - Almatı xəttində) yerləşir. Hava limanı var. Zaysan, əsasən ətli və yunlu qoyunçuluq yetişdirən böyük bir heyvandarlıq bölgəsinin mərkəzidir. Dairə fərmanları əyalətə çevrildi, 1857-ci ildə bölgələrin meydana gəlməsi dövründə Zaysan bölgəsi yaradıldı və Zaysan postu mahalın inzibati və siyasi mərkəzi oldu. Şəhərdə bir rayon idarəsi, gömrük, xəzinə, post-teleqraf bürosu və şəxsi köməkçi təsərrüfatı var idi. 1880-ci ildə şəhəri Semipalatinsklə birləşdirən teleqraf xətti çəkildi. Zaysan postunu iki hissəyə bölən Zhemeny çayının şərq hissəsi "Kazak Sloboda" adlanmağa başladı və böyük bir küçədən ibarət idi və qərb hissəsində 3-4 küçə, Asiyalılar üçün ibtidai məktəb, Potanin taxta kilsə, bir icra məmuru evi, ticarət zalı, 110 kərpic və 7 taxta ev yazdı. Daxili və xarici ticarət üçün əlverişli olan Zaysan şəhəri sürətlə genişləndi, Qərbi Çin və Monqolustan ilə qarşılıqlı ticarət gücləndi. Hər il may ayında təşkil edilən Nikolskaya Yarmarkası ticarət həcmini artırdı.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı. Digər Sayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Gamışan (Bükan)
Gamışan (fars. ‎‎‎گاوميشان‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (14 ailə).
Gamışan (Soyuqbulaq)
Gamışan (fars. گاوميشان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (21 ailə).
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.
Samiyan (Ərdəbil)
Samiyan (fars. ساميان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,070 nəfər yaşayır (206 ailə).
Seyidan (İran)
Seyidan — İranın Fars ostanının Mərvdəşt şəhristanının Seyidan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,555 nəfər və 1,954 ailədən ibarət idi.
Sarışın biri
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.