Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Savab
Savab (ərəb. ثواب‎) — "mükafat" mənasını verən ərəb termini. İslamda insanın etdiyi yaxşı işlər, vacib və nafilə ibadətləri yerinə yetirməsi hesabına qazandığı yaxşı əməllərə verilən addır. Bunun əksi günahdır və insanlar haramları etməklə, vacib olanları tərk etməklə, pis işlər görməklə günah qazanırlar. Buna görə də, axirətdə savabları günahlarından böyük olanlar əbədi səadətə qovuşaraq cənnətə göndəriləcək, günahları savablarından böyük olanlar isə əzaba düçar olacaqlar. Əhli-sünnə arasında ümumi rəy belədir ki, möminin günahları savabından çox olsa belə, onun əzabı əbədi olmayacaq və bir müddət günahlarının cəzasına məruz qaldıqdan sonra cənnətə aparılacaqdır. Xaricilərdə günahkar dindən çıxmış hesab edilİr və buna görə də onları öləndə əbədi əzab görə bilər.
Saab
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Saab Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Abbasabad (Sarab)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Əbərqan kəndistanı ərazisinə daxil olan kənd, Sərab şəhərindən 37 km qərbdə, Sərab-Təbriz avtomobil yolunun 10 km-liyində qərarlaşır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (9 ailə).
Sarab Dövrə
Sarab Dövrə-İranın Luristan ostanının şəhərlərindən və Dövrə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,312 nəfər və 326 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Çegeni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Çegeni elindən əlavə ləklərdə bu şəhərdə yaşayırlar.
Sarab Şəhristanı
Sərab şəhristanı (fars. شهرستان سراب‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Sərab Şərqi Azərbaycanın cənub-şərq bölgəsində yerləşir. Bu şəhristan Bozquş və Savalan dağlarının arasında yerləşdiyi üçün soyuq hava şəraitinə malikdir. Cənubi Azərbaycanın bir bölgəsi olaraq şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Şahab məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Şahab məscidi
Şahab məscidi — Naxçıvan şəhərində, Şahab məhəlləsində, Şəhid Milli qəhrəman İbrahim Məmmədov küçəsində tarixi-memarlıq abidəsi. "Şahab" sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin ("Süddü nənə" adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir. Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb.
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Saab 105
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Saab 17
Saab 17 — Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Layihə əvvəlcə 1930-cu illərin sonlarında ASJA tərəfindən L 10 kimi başlandı və 1937-ci ildə şirkət Saab ilə birləşdikdən sonra Saab 17 adlandırıldı. Qanadları şığıyıcı bombardmançı kimi istifadə edilmək məqsədi üçün gücləndirildi. Mühərrik çatışmazlığı üzündən təyyarələrin mühərrikləri çıxarıldı və gələcək çatdırılma məntəqələri istiqamətində uçuruldular. Təyyarə müxtəlif mühərrik modeli ilə üç fərqli modeldə istehsal edilmişdir. Təyyarə ilk uçuşunu 18 may 1940-cı ildə etmişdir və 1942-ci ildə İsveç Hərbi Hava Qüvvələrinin xidmətinə qəbul edilmişdir.
Saab 18
Saab 18, Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Təyyarə, 1930-cu illərdə İsveç Hərbi Hava Qüvvələrinin inventarında olan Junkers Ju 86 təyyarəsini əvəz etmək və hərbçilərin sürətli üç nəfərlik kəşfiyyat təyyarəsinə ehtiyacını ödəmək məqsədi ilə hazırlanmışdır. Təyyarə ilk uçuşunu 19 iyun 1942-ci ildə etdi və 1944-cü ilin iyununda xidmətə başladı..
Saab 21
Saab 21,İsveçin Saab AB şirkəti tərəfindən 1945–1949-cu illər arasında ümumi olaraq 298 ədəd istehsal edilmiş olan təkmühərrikli, təkqanadlı qırıcı-hücum təyyarəsidir. Təyyarə, pərin gövdənin arxa hissəsinə yerləşdirilmiş və gövdənin öndə yerləşdiyi əkiz bom itələyici quruluşu şəklində hazırlanmışdır.
Saab 210
Saab 210 Draken (Çərpələng), J 35 qırıcı təyyarəsinin yaradılması üçün cüt delta qanad konsepsiyası üçün yaradılmış bir test təyyarəsidir. Saab şirkəti tərəfindən həyata keçirilmiş Draken adlandırmasından əlavə heç bir zaman rəsmi olaraq adlandırılmasa da, Saab 35 prototipinin ilk uçuşundan sonra rəsmi olmayan ləqəbi Lilldraken (Kiçik çərpələng) adı ilə xatırlanmışdır. İlk uçuşunu 21 yanvar 1952-ci ildə həyata keçirmişdir. Təyyarə hal-hazırda Linköpingdəki hərbi hava qüvvələri muzeyi olan Flygvapenmuseumda nümayiş etdirilir.
Saab 21R
Saab 21R, İsveçin Saab AB şirkəti tərəfindən 64 ədəd istehsal edilmiş olan birinci nəsil, cütbombalı reaktiv qırıcı-hücum təyyarəsidir. Təyyarə, porşenlə işləyən Saab 21 təyyarəsinin reaktiv mühərriklə gücləndirilmiş bir modeli olub Yakovlev Yak-15 ilə birlikdə, porşen mühərrikli bir təyyarədən uğurla yaradılmış olan iki reaktiv təyyarədən biri olmuşdur.
Saab 340
Saab 340, Saab AB şirkəti ilə Fairchild Aircraft şirkətinin müştərəkliyi ilə 1983-1999-cu illər arasında istehsal edilmiş olan qoşa mühərrikli turbopərvanəli sərnişin təyyarəsi modelidir. Təyyarə ilk uçuşunu 25 yanvar 1983-cü ildə həyata keçirmişdir. Saab 340 təyyarələrinin istehsalı 1998-ci ildən dayandırılmışdır və bu müddət ərzində ümumi olaraq 459 ədəd buraxılmışdır.
Saab AB
Saab AB (Svenska Aeroplan AktieBolaget) (İsveç Təyyarə Anonim Şirkəti), 1937-ci ildə yaradılmış İsveç aviasiya və müdafiə şirkətidir. 1947-ci ildən 1990-cı ilə qədər Saab Automobile adı altında avtomobil istehsalşısı olmuşdur. 1968-1995-ci illər arasında kommersiya məqsədli avtomobillərin istehsalçısı olan Scania ilə birləşərək Saab-Scania adı altında kommersiya məqsədli avtomobillər istehsal etmişdir.
Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.
Saab 29 Tunnan
Saab 29 Tunnan — İsveçin Saab AB şirkəti tərəfindən 1948-1956-cı illər arasında istehsal edilmiş olan birinci nəsil, təkmühərrikli reaktiv hücum təyyarəsidir. Təyyarə, Saab 21R təyyarələrinin ardından İsveçin ikinci nəsil turboreaktiv mühərrikli təyyarəsi kimi istehsal edilmişdir. Yuvarlaq görünüşünə baxmayaraq, J 29 o dövrün təyyarələri ilə müqayisədə daha sürətli və çevik idi. 1970 -ci illərə qədər həm qırıcı, həm də qırıcı-bombardmançı təyyarələr kimi uğurla istifadə edilmişdirlər.
Saab 32 Lansen
Saab 32 Lansen, İsveçin Saab AB şirkətinin istehsalı olan ikinci nəsil İsveç istehsalı bir reaktiv qırıcıdır. Lansen'in hücum (A 32A), qırıcı (J 32B) və kəşfiyyat (S 32C) olmaqla üç versiyası mövcud idi. Saab 32 Lansen reaktiv qırıcısı 1954-1960-cı illər arasında 450 ədəd istehsal edilmişdir.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.