Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.