Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saori
Saori — Yapon adı. Saori Yoşida — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Naqamine — Yaponiyalı oxatan. Saori Arimaçi — Yaponiya qadın futbolçusu. Saori Ariyoşi — Yaponiya qadın futbolçusu.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
Saori Arimaçi
Saori Arimaçi (d. 12 iyul 1988) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Saori Ariyoşi
Saori Ariyoşi (d. 1 noyabr 1987) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 1 qol vurub.
Saori Naqamine
Saori Naqamine (5 iyul 1993) — Yaponiyalı oxatan. Saori Naqamine Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Saori Naqamine birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Braziliyanın nümayəndəsi Ane Marselle dos Santos ilə üz-üzə gəldi. Həmin görüşdə Saori Naqamine rəqibinə 3:7 hesabı ilə uduzdu.
Saori Yoşida
Saori Yoşida (yap. 吉田沙保里; d. 5 oktyabr 1982; Tsu, Yaponiya) — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Yoşida, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarının çempionu, 2016-cı ildə Rio-de-Janeyroda baş tutan yarışın isə vitse-çempionudur. Saori Yoşida, 2002-ci ildən 2015-ci ilə qədər baş tutan 13 Dünya Çempionatının qalibidir (2004-cü ildə Dünya Çempionatı baş tutmamışdır). 1998-ci ildən etibarən qatıldığı bütün yarışlarda qızıl medal qazanan Saori Yoşida, karyerası ərzində yeganə məğlubiyyətini, məhz karyerasının sonuncu görüşündə aldı. Saori Yoşida 1982-ci il 5 oktyabrda Yaponiyanın Tsu şəhərində anadan olub. Saori Yoşida beynəlxalq səviyyədə birinci yarışına, 1998-ci ilin iyul ayında qatıldı. 52 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Saori Yoşida, Birləşmiş Krallıqın Mançester şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Polşa güləşçisi İvona Matkovskanı məğlub etdi və yeniyetmələrin Dünya çempionu oldu. Saori Yoşida bir il sonra, 1999-cu ildə Polşanın Lodz şəhərinin ev sahibliyində baş tutan analoji yarışdada çempion oldu.
Şiori Kutsuna
Şiori Kutsuna (yap. 忽那 汐里, ing. Shioli Kutsuna; 22 dekabr 1992, Killarney Heights[d]) — yapon aktrisa və model. Kutsuna 22 dekabr 1992-ci ildə Sidney şəhərində anadan oldu. Yaponiyaya köçməzdən əvvəl 14 yaşına qədər Avstraliyada yaşadı.
Şiori Miyake
Şiori Miyake (d. 13 oktyabr 1995) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Şaori qalası
Şaori qalası (gürc. შაორის ციხე) — Gürcüstanın cənub bölgəsində, Samtsxe-Cavaxeti diyarının Axalkalaki bələdiyyəsində tunc dövrünə aid meqalit tikili. Quru hörgü texnikası ilə tikilmiş siklop tikili qeyri-adi tərtibata malikdir. Almaz formalı dairəvi boşluqlara malik qala eyniadlı qayalı dağda, dəniz səviyyəsindən 2752 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında, Paravani gölünün şimal-qərbində yerləşir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni abidələri siyahısına daxil edilib. Əvvəllər Koroğlu qalası kimi tanınan Şaori qalası strateji cəhətdən Paravani gölünün ərazisində yerləşən digər böyük siklopik ərazi olan Abuli qalası ilə topoqrafik və memarlıq cəhətdən bir çox oxşarlıqlara malikdir. Şaori qalası heç bir tikinti materialı qarışımından istifadə edilmədən böyük bazalt bloklarından tikilmişdir. O, hər biri sıldırım zirvənin üstündə yerləşən iki hissədən ibarətdir. Mərkəzi hissəsi planda nizamsız düzbucaqlıdır və ən hündür ərazidə tikilmişdir. Qalanın eni 1 metr, hündürlüyü 1,3 metr olan şərq darvazasından içəri girmək mümkündür.
Böri Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Tuxolskie borı
Tuxolskie borı (pol. Bory Tucholskie) — Polşanın şimalındakı Tuxola şəhər bölgəsində, Brda və Vda çayları arasında böyük bir meşə. Burada 2010-cu ildə YUNESKO-nun "İnsan və biosfera" proqramına daxil edilmiş «Tuxolskie borı» Milli Parkı yerləşir. Bölgə son buz dövründə yaranmışdır. Əsasən alçaq təpələrdən və 900-dən çox son suzlaşma dövründən qalma moren göldən ibarətdir. Meşə sahəsi 3200 km²-dir və bu da onu Polşa və Mərkəzi Avropanın ən böyük meşələrindən birinə çevirir. 1996-cı ildən bəri meşənin 46.3 km² ərazisində Tuxolski Borı Milli Parkı təşkil edilmişdir. Meşə sahəsinin təxminən 30 % ərazidə Kociewiacy xalqı yaşayır. Ərazinin ən böyük şəhərləri: Tuxola və Çerskdir. Almaniya İmperiyası dövründə meşə ərazisində tibbi tədqiqatlar üçün bir hərbi baza yerləşirdi.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) — Dj Sineddin 14 may 2011 – 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5–19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. == Hakimiyyəti == Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. == Ailəsi == Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Saorj
Saorj (fr. Saorge) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Brey-syur-Ruaya kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 86,78 km², əhalisi — 431 nəfərdir (2006) artım tendensiyası ilə: 444 nəfər (2012), əhalinin sıxlığı 5,1 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 446 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 444 nəfər.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir. Lakin o, iqtisadiyyatla deyil, ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1. Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Emori Universiteti
Emori Universiteti (ing. Emory University) — ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşən özəl elmi-tədqiqat müəssisəsi. == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Alben Berkli – ABŞ-nin 35-ci vitse-prezidenti; Ferris Brayant – Florida ştatının 34-cü qubernatoru; Lado Qurgenidze – Gürcüstanın sabiq baş naziri; Li Honq-ku – Koreyanın 26-cı baş naziri; Melvin Tompson – Corciya ştatının sabiq qubernatoru; Robert Elliot – sabiq ABŞ siyasətçisi və federal hakimi; Luis Harlan – ABŞ tarixçisi, Pulitser mükafatı laureatı; Klod Sitton – "Nyu-York Tayms" qəzetinin redaktoru, Pulitser mükafatı laureatı. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Emori Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 08.09.2011, № 35.
Gilruthia osborni
Hyozo Omori
Hyozo Omori (大森 兵蔵, Omori Hyozo) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur. == Fəaliyyəti == Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır. Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş, Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir. Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır. Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır. Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur. Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır. Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.
I Boris
I Boris Mixail (təq. 828, Pliska – 2 may 907, Preslav) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl adı Barıs olmuşdur.. Xristian olduqdan sonra titulu xan yox knyaz olmuşdur. == İlk dövrləri == 852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş, lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu. === Serbiya === Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.