ABÓRT

is. [ lat. ] tib. Hamiləliyin təbii və ya süni surətdə dayandırılması.

Синонимы

  • ABORT uşaqsalma — balasalma
ABORİGÉN
ABORTİ́V
OBASTAN VİKİ
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Azərbaycanda abort
Azərbaycanda abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir. Azərbaycanın hazırkı abort qanunu Azərbaycan Sovet İttifaqının tərkibində (Azərbaycan Sovet Sosialist Respublikası kimi) 1955-ci ildə qəbul edilmiş abort haqqında Sovet İttifaqının qanununa əsaslanır və Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra heç bir dəyişiklik edilməmişdir. 1965-1987-ci illər arasında abort nisbəti çox yüksək idi (20 ilə 28% arasında). Müstəqillik əldə etdikdən sonra abort nisbəti demək olar ki, iki dəfə azalıb və 2000-ci ildən sonra nisbətən sabitləşib (12-14%). 2014-cü ildə Azərbaycanda hamiləliklərin 13,8%-i abortla başa çatıb ki, bu da 2005-ci ildə qeydə alınan ən aşağı göstəricidən (12,1%) bir qədər yüksəlib. == Tarixi == Bütün keçmiş SSRİ- də olduğu kimi, 1992-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikası kimi tanınan Azərbaycanda da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının abort qanunvericiliyi və qaydaları əsas idi. Nəticə etibarı ilə Azərbaycanda abort praktikası bütün keçmiş SSRİ-də olduğu kimi idi. Aşağıda verilən təsvir Azərbaycanın müstəqillikdən əvvəlki vəziyyətinə aiddir. Müstəqillik əldə etdikdən sonra abort haqqında qanunda heç bir dəyişiklik edilməyib. Sovet İttifaqının 27 iyun 1936-cı il tarixli fərmanı həyat üçün təhlükə, sağlamlığa ciddi təhlükə və ya valideynlərdən miras qala biləcək ciddi xəstəliyin mövcudluğu istisna olmaqla, abortların aparılmasını qadağan etdi.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Bromus abortiflorus
Bromus tectorum (lat. Bromus tectorum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü. == Sinonimləri == Anisantha pontica K.Koch Anisantha tectorum (L.) Nevski Anisantha tectorum var. hirsuta (Regel) Tzvelev Bromus abortiflorus St.-Amans Bromus australis R.Br. Bromus avenaceus Lam. Bromus dumetorum Lam. Bromus lateripronus St.-Lag. [Illegitimate] Bromus longipilus Kumm. & Sendtn. Bromus madritensis var.
Bromus tectorum subsp. abortiflorus
Bromus tectorum (lat. Bromus tectorum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü. == Sinonimləri == Anisantha pontica K.Koch Anisantha tectorum (L.) Nevski Anisantha tectorum var. hirsuta (Regel) Tzvelev Bromus abortiflorus St.-Amans Bromus australis R.Br. Bromus avenaceus Lam. Bromus dumetorum Lam. Bromus lateripronus St.-Lag. [Illegitimate] Bromus longipilus Kumm. & Sendtn. Bromus madritensis var.
Limodorum abortivum
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur.
Ranunculus abortivus
Ranunculus abortivus (lat. Ranunculus abortivus) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Oplismenus abortivus
Chrysopogon zizanioides (lat. Chrysopogon zizanioides) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin chrysopogon cinsinə aid bitki növü.
Salix tomentosa var. abortiva
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.

Значение слова в других словарях