Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Starboy
Starboy — kanadalı müğənni The Weeknd-in üçüncü albomu. 25 noyabr 2016-cı ildə XO və Republic Records tərəfindən buraxılıb.
Svaroq
Svaroq — slavyanların səma panteonunun tanrılarından biri. Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odundan yaranır. Təsdüfi deyil ki, şərqi slavyanların mifologiyasında yer odunun ruhu Svaroqun oğlu — Svarojiç adlandırılmışdır. Svaroq ikinci oğlu Dajboq slavyan mifologiyasında geniş şəkildə məlumdur. Onlar səma odunu və Günəşin istiliyini təcəssüm etdirərək bütün canlılara həyat verir. Səma tanrısı (səma atası) Svaroq qədim köklərə malikdir. Qədim hind sözü olan "svarqa" iki hissədən: "svar" — səma, işıq və "qa" hərəkət etmə -sözlə, ümumiyyətlə səmanı deyil, Günəşin səmada gündüz hərəkət yolunu ifadə edirdi. Sonralar Svaroq təxminən yunan tanrısı Urana muvafiq gəlirdi. O ən qədim mifik zamana aid edilirdi və Uran kimi dünya yarandıqdan sonra öz yerini allahların növbəti nəslinə verməli olurdu.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Svuynoy adası
Svuynoy adası (far. Svínoy) və ya Svinyo (dan. Svinø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 31 nəfər yaşayır. Sahəsi 27.1 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 586 m-dir. Arxipelaqın şimal-şərqində yerləşir. Adada eyni adlı qəsəbə yerləşir. Sahilləri əsasən sıldırımlıdır. Ən hündür nöqtəsi Havnartindur dağıdır (586 m).
Şaroy rayonu
Şaroy rayonu (çeç. Шаройн кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ximoy kəndidir. Rayon Çeçenistan Respublikanın cənub hissəsindək dağlıq bir ərazidə yerləşir. Şimalda Çeberloev ilə, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Dağıstan Respublikası və cənubda Gürcüstanla həmsərhəddir. Gürcüstanla sərhəd təbii sərhəd olaraq Tuşeti silsiləsindən keçir. Ərazisi demək olar ki, bütünlüklə yüksən sahələrdən ibarətdir. Ən yüksək zirvəsi Tebulosmtadır (4493 m). 4000 m-dən yuxarı olan zirvələri vardır: Komito (4261), Diklosmata (4285 m), Danosmta (4174 m) və s. Keçidlər 3000–3500 m yüksəklikdədir.
Vernöy-an-Burbonne
Vernöy-an-Burbonne (fr. Verneuil-en-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03307. 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. İqtisadiyyatın əsası şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 145 nəfərdən (15-64 yaş) 114 nəfəri iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 65.2%). Fəal olan 114 nəfərdən 108 nəfəri (64 kişi və 44 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).
Şarno-syur-En
Şarno-syur-En (fr. Charnoz-sur-Ain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01088. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 32 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 37 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 911 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 608 nəfər (15-64 yaş arasında) arasında 483 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,4%, 1999-cu ildə 79,1%). Aktiv 483 sakindən 469 nəfər (245 kişi və 224 qadın), 14 nəfər işsizdir (7 kişi və 7 qadın).