Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetlıy
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. == Coğrafiya == Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200 °C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. == Həmçinin bax == Riolit Vulkanik şüşə Beton Sement == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. == Coğrafiya == Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Lev Sverdlin
Lev Sverdlin (3 (16) noyabr 1901, Həştərxan – 29 avqust 1969, Moskva, RSFSR, SSRİ) — Aktyor == Həyatı == == Filmoqrafiya == Mavi dənizin sahilində (film, 1935)-Yusif == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 44-46.
Ruzvelt Skerrit
Ruzvelt Skerrit (ing. Roosevelt Skerrit; 8 iyun 1972, Rozo) — 2004-cü ildən Dominikanın Baş naziri olan dominikalı bir siyasətçi, eyni zamanda 2000-ci ildən Vyey-Kas seçki dairəsi üzrə millət vəkili. == Baş nazir fəaliyyəti == Ən yaxın ailəsi və dostları tərəfindən "Ruzi" olaraq da bilinən Ruzvelt Skerrit 2004-cü ilin yanvarında Pyer Şarlın ölümündən sonra Baş nazir oldu. Pyer Şarlın Baş nazirliyi dövründə Skerrit Vyey-Kas seçki dairəsi üzrə millət vəkili idi. 2000-ci ilin fevralında seçildiyindən bəri tutduğu vəzifədə çalışdı. Baş nazir olmaqla yanaşı, 2004-cü ildən Maliyyə Naziri, Təhsil, İdman və Gənclik İşləri Naziri, Xarici İşlər Naziri vəzifələrində çalışdı. Dominika İşçi Partiyasının lideridir. Skerrit vəzifəyə gəldikdən sonra Konqo Demokratik Respublikasının Baş naziri Cozef Kabilanı geridə qoyaraq dünyanın ən gənc hökumət başçısı oldu. Partiyasının 2005-ci ilin may seçkilərindəki qələbəsi ilə 1970-ci illərdə dünyaya gələn ilk demokratik yolla seçilən lider oldu. 2010-cu ilin dekabr ayından etibarən Qərb yarımkürəsində ən gənc hökumət başçısı olaraq qaldı və yalnız madaqaskarlı Andri Radzuelina və monteneqrolu İqor Lukşiç tərəfindən keçirərək dünyanın ən gənc üçüncü hökumət başçısı oldu.
Şeverli (Avurğazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). == Həyatı == Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Aydağ seolit yatağı
Aydağ seolit yatağı — Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı. == Stratiqrafiyası == Azərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir. Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.
Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. == Respublika üzrə orta çoxillik temperatur norması == Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir. Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir. Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür. == Dolu hadisələri == Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir. Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir. Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.
Elen Conson-Serlif
Elen Conson-Serlif (d. 29 oktyabr 1938, Monroviya, Liberiya) — Siyasətçi və 2006-cı ildən Liberiyanın 24-cü prezidenti, "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi. Onun seçkilərdə qələbəsi 23 noyabr 2005-ci ildə rəsmi olaraq elan edildi. O, Afrika ölkələrinin ilk qadın prezidentidir. Ölkənin vitse prezidenti isə Cozef Bokaydır. Ciddi xarakteri və əzminə görə o, tez-tez "Dəmir ledi" ilə müqayisə olunur. Onun 16 yanvar 2006-cı ildə andiçmə mərasimində ABŞ dövlət katibi Kondoliza Rays və ABŞ-nin birinci xanımı Laura Buş da iştirak etmişlər. == Təhsili == Elen Conson Serlif Monroviyada anadan olub. O, Qərbi Afrika Kollecində təhsil alıb. Təhsilini ABŞ-də, Harvard Universiteti və Medison Biznes Kollecində başa vurub.
Optimal ekoloji şərait
Orqanizmin ekoloji dözümlülük həddi daxilində böyüməsi və inkişafı eyni deyildir. Orqanizim üçün hər bir faktorun zəiflədici təsir bölgələri arasında optimal təsir bölgəsi yerləşir.Həmin optimal bölgədə orqanizim özünü ən yaxşı hiss edir. Lakin bəzi növlərin müəyyən ekoloji faktorlara qarşı optimal tələbi onun ekoloji dözümlülük həddi diopozonunun orta hissəsinə yox, bir tərəfinə düşə bilir. Məsələn qızılxallı (forel) körpələri üçün çayda optimal şərait oksigenin orta miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir. Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil edən fərdlər ekoloji dözümlülük həddinin optimal bölgəsində yerləşmiş olsun. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla kifayətlənməyib, nəsil verə bilirlər. Məhz optimal ekoloji şəraitdə yerləşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə və müxtəlif antropogen təsirlərə müqavimət göstərib yaşaya bilirlər. Hər bir faktorun canlılara təsiri səciyyəvi elementlərə malikdir. Elə faktor yoxdur ki, onun canlılara təsirində müəyyən bir ana xətt görünməsin. == İstinadlar == Mustafayev Q. T. Ekologiyadan konspekt.Bakı, Şərq-Qərb,1993, 184 s.
Şərait (film, 2011)
"Şərait" (fars. شرایط‎, ing. Circumstance) — iranlı rejissor Məryəm Kişavərzin 2011-ci ildə, dram janrında çəkilmiş filmi. Filmdə baş rolları Nikol Buşehri, Sara Kazımi və Rza Sikso Səfayi ifa etmişdilər. Filmdə digər məsələlərlə yanaşı, İran İslam Respublikasında homoseksuallıq mövzusu araşdırılır. == Məzmun == Atəfə (Nikol Buşehri) Tehranda yaşayan zəngin iranlı ailəsinin yeniyetmə qızıdır. O və onun ən yaxın dostu, yetim qalmış Şirin (Sara Kazımi) ilə birlikdə gizli qonaqlıqlarda iştirak edir və öz aralarında seks, spirtli içkilər və narkotik ilə təcrübələr keçirirlər. Atəfənin qardaşı Mehran əvvəllər narkotik maddələrdən asılı idi, lakin o tezliklə sağalaraq dinə itaət etməyə başlayır. O daha çox Şirinlə maraqlanmağa başlayır və bu hadisə bacısı ilə bir zamanlar güclü dost münasibətlərinin dağılması ilə üst-üstə düşür. Ailənin başçıları olan Firuz və Azər Həkimi, öz gənclik illərini xatırlayaraq, nə hala gəldiklərini və ailənin gələcəkdə hansı problemlərlə üzləşəcəyi barədə düşünməyə başlayırlar.
Lüdviq Şverin fon Kroziq
İohann Lüdviq (Luts) Şverin fon Kroziq (alm. Johann Ludwig (Lutz) Schwerin von Krosigk‎; 22 avqust 1887[…] – 4 mart 1977, Essen, Şimali Reyn-Vestfaliya) — alman siyasətçi və dövlət xadimi, təhsili üzrə hüquqşünas, 1932-1945-ci illərdə Almaniyanın maliyyə naziri. Adolf Hitlerin intiharından sonra qross-admiral Karl Dönits ilə birlikdə "Flensburq hökuməti" formalaşdırmış və 23 may 1945-ci ildə bu hökumət ləğv olunana qədər baş nazir və xarici işlər naziri vəzifələrində çalışmışdır.