Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Şoraba
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Şorca
ErmənistandaŞorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Qaraca (Heris)
Qaraca (fars. قراجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,081 nəfər yaşayır (215 ailə).
Qaraca (Miyanə)
Qaraca (fars. قراجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (70 ailə).
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. == Xarakterik morfoloji əlamətləri == Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Qaraca lilcüllüt
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Soraya Arnelas
Soraya Arnelas (13 sentyabr 1982) — İspaniya müğənnisi. == Həyatı == Soraya Arnelas 13 sentyabr 1982-ci ildə İspaniyanın Valensiya de Alkantare (Ekstremadura) şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "La noche es para mí" (azərb. "Mənim Üçün Gecə"‎) mahnısı ilə təmsil etmişdir. Finalda 24 xal toplayaraq 23-cü oldu.
Əhməd Qaraca
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. == Həyatı == Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Tarixi == Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, Qaraqoyunlu kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub. Kəndin 2757 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 1250 ha biçənək sahəsidir. Əhalisi isə 1800 nəfərə yaxın olub. 1988-ci ilə qədər isə sovxozda 22 yük maşını, 1 avtobus, 3 “UAZ”, 1 “Moskviç”, 1 ekskvator, 4 kombayn, əlavə müxtəlif texnika, 6 min xırdabuynuzlu heyvan, 550 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1000-dən artıq iribuynuzlu heyvan olub.
Yuxarı Şorca
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Şorca (Bükan)
Şorca (fars. ‎‎‎شورجه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Şorca (Göyçə)
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. == Tarixi == Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi.
Şorca (Xudabəndə)
Şorca (fars. شورجا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə).
Qaraca (dağ, Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca (dağ, Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca dağı (Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.