Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semenik Milli Parkı
Semenik Milli Parkı - Karaşul dərəsi (rum. Parcul Naţional Semenic-Cheile Caraşului) - Rumıniyanın cənub-qərbində qorunan ərazi - milli park. Park ölkənin Karaş-Severin judetsində yerləşir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasın daxildir. Milli park Anina və Semeniç dağlarında yerləşir. Hər iki dağ Banat silsiləsinə daxildir. Sahəsi 36,214 hektardır. Ərazi tipik karst və meşə landşaftına malikdir. Bəzi ağacların yaşı 300-dən çoxdur. Avropanın qədim meşə sahələrindən birdir.
Sədnik Paşa Pirsultanlı
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu – 26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi. 26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib. 1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
Şebenik-Yablonisa Milli Parkı
Şebenik-Yablonisa Milli Parkı (alb. Parku Kombëtar Shebenik-Jabllanicë) — Albaniyanın Elbasan vilayətinin şərqində yerləşən milli park. Parkın sahəsi 339 km²-dir və Makedoniya Respublikasının sərhəddində yerləşir.. Ərazinin hündürlüyü 300 metrdən 2200 metrə qədər dəyişir. Ən hündür zirvəsi isə Şebenik və Yablonisadır. Məhs bu zirvələrin adları parka verilmiş. Milli Park Albaniyanın ən cavan parkdır. Park 21 may 2008-ci ildə qurulub. Park ərazisində müxtəlif növ heyvanlar məskunlaşıb ki, əksəriyyəti Albaniya üçün nadır növ hesab olunur:qonur ayı, qurd və balkan vaşağı. Milli park ərazisində iki böyük çay və onlarca kiçik çay var.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.