Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekvoya
Sekvoya (lat. Sequoia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Sekvoyya
Həmişəyaşıl sekvoya
Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır.
Sekvoyya (Corc Gess)
Sekvoyya (ing. Sequoyah, həm də Corc Gess (George Guess) kimi də tanınır; təxm. 1760-1770 — 1843-1845) — çeroki hindu tayfasının başçısı, hecalı çeroki əlifbasının ixtiraçısı, çeroki dilində nəşr edilən "Çeroki Feniks" qəzetinin yaradıcısı olmuşdur. Təxminən 1760-cı və ya 1770-ci illərdə çeroki tayfasından olan bir qadının oğlu olmuşdur. Onun doğum yeri məlum deyil, amma doğulduğu yer kimi Tenessidə Taskeqi kəndi göstərilir. 1809-cu ildə Alabama ştatının Villestaun şəhərinə gələrək, gümüş işləri ilə məşğul olmağa başlamışdır. Onda o ingilis dilini bilməsə də, amerikalıların yazıdan necə istifadə etdiyini görür. Bundan sonra o çeroki dili üçün yazı sistemini tərtib etməyə başlayır. İlk əvvəl o, əlifbanı heroqlif yazısı ilə tərtib etməyə üstünlük versə də, lakin sonradan bunu hecavi əlifba ilə əvəz etmək qərarına gəlir. 1821-ci ildə onun tərəfindən hazırlanmış əlifbada 86 simvol var idi.
Savoya
Savoya (fr. Savoie, oks. Savòia) — Fransanın şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 73. İnzibati mərkəzi — Şamberi, Subprefekturası isə Sen-Jan-de-Moryen, Albervil. Əhalisi — 421105 nəfərdir (departamentlər arasında 57-ci yer, 2012-ci ilin məlumatları). Departament Fransanın ən dağlıq bölgəsidir (ərazinin 88,4% -i). Onlar əsasən Alp dağlarına aiddir, lakin Savoyun qərbində Yura dağı yerləşir. Departament 1860-cı ildə Savoya hersoqluğu Fransaya qoşulması zamanı yaradılmışdır. XIX əsrin sonlarından etibarən, Savoyada turizm sektoru aktiv şəkildə inkişaf edir.
Armen Şekoyan
Armen Şekoyan (erm. Արմեն Շեկոյան; 28 mart 1953, İrəvan – 29 iyul 2021, İrəvan) — Ermənistan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Armen Şekoyan 1974-cü ildə Xaçatur Abovyan adına İrəvan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiştir. O, 1985-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbi kurslarında oxumuşdur. İrəvan Dövlət Tibb Universitetində, "Tsitserrnak" jurnalında, Ədəbiyyat İnstitutunda, "Sovetakan qroğ" nəşriyyatında, Ermənistan Mədəniyyət Nazirliyində işləmişdir. 1990–1992-ci illərdə "Nairi" nəşriyyatının baş redaktoru, 1992–1997-ci illərdə Ovannes Tumanyanın Muzeyinin direktoru olmuşdur. 29 iyul 2021-ci ildə 68 yaşında vəfat etmişdir == Əsərləri == Armen Şekoyanın şeirlərində şəhər jarqonlarından istifadə xarakterikdir. "Erməni vaxtı" romanının müəllifi olmuşdur. == Mükafatlar == Ermənistan Yazıçılar Birliyinin Avetik İsaakyan mükafatı Vl.
Dandan Beer-Şevaya
Dandan Beer-Şevaya — "Yəhudi Bibliyası"nda doqquz dəfə istifadə edilən ifadə. Bu, şimalda Dan və cənubda Beer-Şeva arasında İsrail qəbilələrinin məskunlaşdığı ərazilərə aid edilir. Bu termin Birinci Dünya müharibəsindən sonra Britaniyanın Fələstin mandatı ilə bağlı danışıqlar zamanı İngiltərə siyasətçiləri tərəfindən istifadə edilən mövqeyə töhfə vermişdir. == Müasir tarix == Birinci Dünya müharibəsindən sonra aparılan sülh danışıqları zamanı "Dandan Beer-Şevaya" ifadəsi Britaniyanın Fələstinin ərazisinin Millətlər Liqasının mandatı olaraq Osmanlı imperiyasından çıxarılması təklifinə töhfə vermişdir. 13 sentyabr 1919-cu ildə Lloyd Corcdan Jorj Klemansoya verilən memorandumda Britaniya Fələstinin "Dandan Beer-Şevaaya qədər qədim sərhədlərinə uyğun olaraq müəyyən ediləcəyi" ifadə edilmişdir.