Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seleksiya
Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmҽdҽn bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Bunlarla birlikdə seleksiya adı altında insanlar tərəfindən öz tələbatları naminə heyvan, mədəni bitki və müxtəlif mikroorqanizmlərin dəyişdirilməsi prosesi başa düşülür. Beləliklə, seleksiya insanların təcrübi fəaliyyətinin bir üsuludur. Регель Р. Э. Научные основы селекции в связи с предусматриванием константности форм по морфологическим признакам // Тр. 1-го съезда деятелей по селекции сельскохозяйственных растений. Харьков, 1911. Вып.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4–5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A. A. Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
Telekia
Telekiya (lat. Telekia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Telekia speciosa (Schreb.) Baumg.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Telekia speciosissima
Telekia speciosissima (lat. Telekia speciosissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü.
Telekia speciosa
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.
Selektiv IgA defisiti
Selektiv IgA defisiti – ən çox rast gələn I immunodefisit xəstəlikdir, istənilən yaşda xroniki residivləşən infeksiyalarla gedir, IgG və IgM normal olduğu halda, IgA azalır, autoantitellərin (xüsusi ilə RF və ANA) olmasına baxmayaraq autoimmun xəstəliklərin aşkar klinik əlamətləri yoxdur, amma sistem və orqan-spesifik autoimmun xəstəlik əmələ gəlmə riski yüksəkdir.
Brassica oleracea var. selenisia
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.