Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seleksiya
Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmҽdҽn bəhs edən bir elmdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır. Seleksiya dedikdə praktiki olaraq mövcud olan ev heyvan cinsləri və mədəni bitki sortlarının yaxşılaşdırılması, həmçinin, yenilərinin yaradılması haqqında elm başa düşülür. Bunlarla birlikdə seleksiya adı altında insanlar tərəfindən öz tələbatları naminə heyvan, mədəni bitki və müxtəlif mikroorqanizmlərin dəyişdirilməsi prosesi başa düşülür. Beləliklə, seleksiya insanların təcrübi fəaliyyətinin bir üsuludur. == Ədəbiyyat == Регель Р. Э. Научные основы селекции в связи с предусматриванием константности форм по морфологическим признакам // Тр. 1-го съезда деятелей по селекции сельскохозяйственных растений. Харьков, 1911. Вып.
Azərbaycanda seleksiya
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir. == Tarixi == Azərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir. İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A.A.Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir.Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957 ci ildə irəli sürülmüşdür.Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir.Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır.Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər.Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər.Ona görə də ,orqanizmdə hazır şəkildə,antigenlə qarşılaşmaqdan asılı olmayaraq ,milyonlarla müxtəlif reseptorlar mövcuddurlar.Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir.Adi,normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan,onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər.Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.Yəni ,antigenin özü bu prosesin induktoru və hərəkətverici qüvvəsi kimi çıxış edir. Aktivləşmiş hüceyrələr (limfositlər) bir neçə gün ərzində müxtəlif böyümə və inkişaf faktorlarının təsirindən bölünüb çoxalır(klonun ekspansiyası) və differensiasiyaya uğrayaraq effektor və yaddaş hüceyrələrinə çevrilirlər.B-limfositləri üçün bu effektor hüceyrələri plazmatik hüceyrələrdirlər.Onlar bir neçə gün ərzində intensiv sürətdə anticisimlər sintez etdikdən sonra məhv olurlar.Aktivləşmiş T-limfositləri isə bölünüb-çoxalıb,differensiasiyaya uğrayaraq sonra sitotoksikliyə malik effektor hüceyrələrinə çevrilirlər. Yaddaş hüceyrələri uzunömürlüdürlər.Onlar orqanizmdə uzun müddət dövr edir,və antigenlə yenidən qarşılaşdıqda aktivləşərək ona qarşı əvvəlkindən daha güclü immunoloji reaksiya yaradırlar.İmmunitetin yaranması məhz yaddaş hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır.
Telekia
Telekiya (lat. Telekia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Telekia speciosa (Schreb.) Baumg.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Telekia speciosissima
Telekia speciosissima (lat. Telekia speciosissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü.
Telekia speciosa
Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.
Brassica oleracea var. selenisia
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.