Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palitra
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur. 2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Seliya
Seliya (latış. Sēlija‎; lit. Sėla) və ya Auqşzeme (lit. Augšzeme) — Latviyanın mədəni diyarı. O, Zemqale diyarının tərkibi hissəsi sayılır. Seliya adı bu torpaqlarda yaşamış sellar xalqından gəlir. Seliya Latviyanın cənub-şərqi hissəsində, Dauqava çayının sol sahilində yerləşir (sağ qolunda isə Vidzeme və Latqale yerləşir). Qərbində o, Zemqaledən Taurkalne meşə massivi ilə ayırılır, şərqdə isə Belarusnan yanında olan Karslava şəhərinə qədər uzanır. Onun cənubunda isə Litvadır.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Palitra (qəzet)
Palitra — 2013-cü ildən etibarən çap olunan gündəlik qəzet. Müstəqil ictimai-siyasi qəzet olan "Palitra" 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib. İlk baş redaktoru Azər Sarıyev olub. Təsisçisi K. R. Əliyevadır. Qəzet 1999–2012-ci illərdə həftədə üç dəfə olmaqla müntəzəm nəşr olunub. 2013-cü ilin əvvəlindən başlayaraq həftədə 5 dəfə nəşr olunmaqla gündəlik qəzet kimi fəaliyyət göstərir. Qəzetin online variantı "palitranews.az" saytıdır. Namiq Əliyev 2003-cü ildən baş redaktordur.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Melita Norvud
Melita Norvud (ing. Melita Stedman Norwood; 25 mart 1912, Bornmut, Dorset[d] – 2 iyun 2005, London) — Britaniya dövlət qulluqçusu, Böyük Britaniya Kommunist Partiyasının üzvü və KQB casusu. Anası britaniyalı, atası latviyalı olan Norvud Britaniya Əlvan Metallar Tədqiqat Assosiasiyasında işləyərkən atom silahlarının hazırlanması ilə bağlı dövlət sirlərini Sovet İttifaqına ötürməklə tanınır. SSRİ-yə ötürdüyü məlumatların yüksək strateji əhəmiyyətinə baxmayaraq, maddi mükafat almaqdan imtina edib. SSRİ-nin etdiyi pensiya təklifini rədd edib və iddia edib ki, onun məxfi işlərlə bağlı açıqlamaları ABŞ, Böyük Britaniya və Sovet İttifaqının iştirakı ilə üçüncü dünya müharibəsi ehtimalının qarşısını almağa kömək edib. Kristofer Endryunun həmmüəllifi olduğu Mitroxin Arxivi: KQB Avropada və Qərbdə kitabında o "həm KQB tarixində ən mühüm İngilis qadın agent, həm də Britaniyadakı Sovet casusları arasında ən uzun müddət xidmət edən" kimi təsvir edilib. O həmçinin Britaniya Kommunist Partiyası tərəfindən "əsl qəhrəman" və "sülh və sosializmin müdafiəsində ardıcıl döyüşçü" kimi təsvir edilir. O həmçinin Morning Star qəzetinin və onun sələfi Daily Worker-in ömürlük dəstəkçisi kimi tanınırdı. Populyar mədəniyyətdə o Norvudun həyatından ilhamlanan 2018-ci il casus dram filmi Qırmızı Yoandakı təsviri ilə tanınır.
Melita norwood
Melita Norvud (ing. Melita Stedman Norwood; 25 mart 1912, Bornmut, Dorset[d] – 2 iyun 2005, London) — Britaniya dövlət qulluqçusu, Böyük Britaniya Kommunist Partiyasının üzvü və KQB casusu. Anası britaniyalı, atası latviyalı olan Norvud Britaniya Əlvan Metallar Tədqiqat Assosiasiyasında işləyərkən atom silahlarının hazırlanması ilə bağlı dövlət sirlərini Sovet İttifaqına ötürməklə tanınır. SSRİ-yə ötürdüyü məlumatların yüksək strateji əhəmiyyətinə baxmayaraq, maddi mükafat almaqdan imtina edib. SSRİ-nin etdiyi pensiya təklifini rədd edib və iddia edib ki, onun məxfi işlərlə bağlı açıqlamaları ABŞ, Böyük Britaniya və Sovet İttifaqının iştirakı ilə üçüncü dünya müharibəsi ehtimalının qarşısını almağa kömək edib. Kristofer Endryunun həmmüəllifi olduğu Mitroxin Arxivi: KQB Avropada və Qərbdə kitabında o "həm KQB tarixində ən mühüm İngilis qadın agent, həm də Britaniyadakı Sovet casusları arasında ən uzun müddət xidmət edən" kimi təsvir edilib. O həmçinin Britaniya Kommunist Partiyası tərəfindən "əsl qəhrəman" və "sülh və sosializmin müdafiəsində ardıcıl döyüşçü" kimi təsvir edilir. O həmçinin Morning Star qəzetinin və onun sələfi Daily Worker-in ömürlük dəstəkçisi kimi tanınırdı. Populyar mədəniyyətdə o Norvudun həyatından ilhamlanan 2018-ci il casus dram filmi Qırmızı Yoandakı təsviri ilə tanınır.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Şarey-Sentra
Şarey-Sentra (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03059. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 150 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.6%, 1999-cu ildə 70.4%). Fəal olan 150 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.
Mariya Selia Laborde
Mariya Selia Laborde (2 avqust 1990) — Kuba və ABŞ-ı təmsil edən cüdoçu. == Karyerası == 2014-cü ildə Dünya Çempionatının bürünc medalına sahib olub. 2022-ci ildən ABŞ-ı təmsil edib. 2024-cü ildə ABŞ-ı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində İtaliya nümayəndəsi Assunta Scuttoya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Səliha Dilaşub Validə Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
İlyas Əfəndiyev adına Elitar Gimnaziya
İlyas Əfəndiyev adına Elitar Gimnaziya — İlyas Əfəndiyevin adını daşıyan məktəb. Beynəlmiləl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya 2 korpusdan ibarətdir. Əsas bina ötən əsrin 30-cu illərində tikilib və 2-ci Dünya Müharibəsi illərində Hərbi Hospital olaraq fəaliyyət göstərib. 1998-ci ildən Təhsil problemləri institutunun baza müəssisəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 113 nömrəli əmri ilə məktəb indiki adı ilə gimnaziyaya çevrilmiş (köhnə 41 saylı) və onun nizamnaməsi təsdiq olunmuşdur. Təhsil Nazirliyinin 08.04.2002-ci il tarixli, 25 nömrəli əmri ilə məktəb nazirliyin birbaşa tabeliyinə keçmişdir. Təhsil Nazirliyinin tabeliyində olan müəssisə gənc nəslin təhsili və onların müasir həyata hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərlə respublikanın öndə gedən məktəblərindən biri kimi tanınır. Təhsil ocağı 2009-cu ildə əsaslı təmir edildikdən sonra müasir avadanlıq və əyani tədris vəsaitləri ilə təchiz olunub. Əsaslı bərpa və yenidənqurmadan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutmuşdur.