Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serjant
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. == Etimologiya == "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Serjant Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. == Mükafatları və xatirəsi == Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Puatu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puətu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. == Alətin quruluşu == Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Şerans
Şerans (fr. Chérence) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 143 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbində, Serji bələdiyyəsinin 29 km qərbində yerləşir.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Julien Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Jülyen Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Sarjent alması
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Tomas Sercent
Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[…], Pasadena, Kaliforniya) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır. 1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.
"Sərvan" nəğmələri
"Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. "Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Sarjan (Sərdəşt)
Sarjan (fars. سرژان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Serhat Akpınar
Serhat Akpınar (1 fevral 1964) — Kipr türk sahibkar və pedaqoq. Kiriniya Amerikan Universiteti və Kipr Amerika Universitetinin qurucu rektoru və İdarə Heyətinin sədridir. == İlk illəri == Serhat Akpınar 1 fevral 1964-cü il tarixində Kiprdə, Nikosiya şəhərinin Ərəbəhməd rayonunda anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kiprdə başa vurmuşdur. Akpınar Birləşmiş Krallıqda biznesin idarə edilməsi üzrə bakalavr və magistr dərəcələrini tamamlamış, beynəlxalq marketinq üzrə ixtisaslaşmışdır. O, London Şəhər Universitetini bitirmişdir. Akpınar Harvard Universiteti və Qaliley Kollecinin birlikdə idarə etdiyi Ali Təhsil Qurumlarının İdarəetmə Proqramı ilə təhsilini davam etdirmişdir.​ == Karyera == === Təhsil === Serhat Akpınar 1985-ci ildə Şimali Kipr Türk Respublikası ilk özəl universiteti olan Kiriniya Amerikan Universiteti təsis etmişdir. Bu gün universitet ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Moldova, Şri-Lanka və Honkonqda müstəqil və birgə yaradılmış ümumi kampuslara malikdir. Akpınar Nyu-Hempşir Kolleci və Cənub-Şərqi Universiteti ilə əməkdaşlıq edərək bu universitetlərin ilk beynəlxalq kampuslarını qurmuşdur. 1988-ci ildə Cənub-Şərqi Universitetinin regional direktoru olmuş və 1998-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Serhat Akın
Niyazi Serhat Akın (türk. Niyazi Serhat Akın; 5 iyun 1981, Bretten) — türk futbolçu. Almaniyanın 4-cü liqası olan Regionalligada çıxış edən Berliner AK 07 klubunun heyətində peşəkar futbolçu karyerasını bitirmişdir. == Həyatı == == Karyera == === Milli komandadıkı çıxışı === Qeyd: Türkiyə milli futbol komandasının heyətində oynadığı oyunlar.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur. İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. == Klub karyerası == === A. F. C. Fyldi === Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. === Piterboro Yunayted === 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.