Migel de Servantes
Migel de Servantes Saavedra (ispan: [miˈɣel de θeɾˈβantes saaˈβeðɾa]; təq. 29 sentyabr 1547[…], Alkala-de-Enares[d], Kastiliya krallığı – 22 aprel 1616[…], Madrid, Kastiliya krallığı) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır.
29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər, lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.
1569-cu ildə Servantes İtaliyaya köçmüşdür.