Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. == Həyatı == Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Serenay Sarıkaya
Serenay Sarıkaya(1 iyul 1992[…], Ankara)-Türk aktrisa və model . == Həyatı == İlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. == Ümumi məlumat == Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
Liber Sereyni
Liber Sereyni Moskera (isp. Líber Seregni Mosquera; 13 dekabr 1916, Montevideo – 31 iyul 2004, Montevideo) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Frente Amplio: Gral.
Sredniy adası (Krasnoflotskie adaları)
Sredniy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 22 km cənubda yerləşir. Daxil olduğu qrupun daxilində yerləşir. 2,5 km şimalda Bolşoy adası, 4,65 km aralıda isə Ploskiy adası yerləşir. == Təsviri == Qərbdən şərqə doğru 2,25 km məsafədə uzanır, eni 1,4 km-dir. Eni şərqə doğru artır. Buzdan tamamən azaddır. Adada iki yüksəklik vardır: 15 m (qərb) və 26 m (cənub-şərq). Sahilinə yaxın elədə böyük olmayan şirinsulu göl vardır.
Sredniy adası (Laptevlər dənizi)
Sredniy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,3 km şimalda, Ostrovnaya buxtası regionunda Blijnıy adasından 400 m şimal-şərqdə yerləşir. Uzunluğu 450 m təşkil edir. Adanın səthi hamardır.