XARAKTER

сущ. характер:
1. совокупность определяющих свойств, отличительная особенность. Landşaftın xarakteri характер ландшафта, xəstəliyin xarakteri характер заболевания, inkişafın xarakteri характер развития, təsadüfi xarakter daşımaq иметь (носить) случайный характер, məcburi xarakter обязательный характер, davamlı xarakter затяжной характер, hadisələr ciddi xarakter aldı события приняли (приобрели) серьезный характер
2. лит. образ, содержащий типичные, обобщённые черты какой-либо группы людей. Xarakterlər komediyası комедия характеров, xarakterlər olduqca canlı təsvir olunmuşlar характеры изображены с поразительной живостью
3. см. xasiyyət
XARAKİRİ
XARAKTERİK
OBASTAN VİKİ
Xarakter
Xarakter (yun. χαρακτηρ — əlamət, fərqləndirici xüsusiyyət, işarə) — şəxsiyyətin münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Milli xarakter
Milli xarakter hər bir fərdin ilk öncə milli mənliyinə, şəxsiyyətinə sadiq qalaraq, dini dəyərləri üstün tutaraq, adət-ənənələrə, dövlətə, torpağa mənəvi dəyərlərə sadiqliyi hörməti fonunda formalaşan daxili insani keyfiyyətlərin zənginliyidir. Azərbaycanlıların milli xarakterində bir sıra modelləşmiş xüsusiyyətləri vardır ki, onları bu şəkildə qruplaşdırmaq olar: ailəyə sadiqliq, namus-qeyrət, övladlara qayğı, atanay-anaya ehtiram el-obaya, yurda (Vətənə) bağlılıq, qohum- qonşunun dərdinə, problemlərinə şərik olmaq (həm kədərini, həm də sevincini bölüşdürmək) qoçaqlıq, mərdlik, qəhrəmanlıq, zülmə baş əyməmək, istilaya, müdaxiləyə müqavimət göstərmək (ancaq qonağa hörmət etmək) adət-ənənəyə-qayda-qanuna, aösaqqal (böyük) sözünə qulaq asmaq, həddini aşmamaq ürək genişliyi, səxavət, izafi mal-dövlət yığmamaq, kasıba kömək eləmək, son tikəsini ehtiyacı olanla bölmək sevilib-sevilmək, məhəbbət yolunda ölümə belə getməkdən çəkinməmək və sevgisindən zövq almaq dosta son dərəcə sədaqətli olmaq, hətta xəyanət və ya düşmənçilik gördükdə də ondan dərhal imtina etməmək sadiq yol yoldaşlığı fəxr etmək, qiymətləndirmək hissinin, nümunə götürmək marağının genişliyi səfərə çıxmaq, gəzmək, yeni yerlər görmək həvəsi düz danışmaq, səhvini boynuna almaq, "ən böyük biclik düzlükdür" məntiqilə yaşamaq yaddaş mükəmməlliyi, "yeddi dönən"ini yaxşı tanımaq Azərbaycan ədəbiyyatının yaratdığı böyük xarakterlər silsiləsi bu ədəbiyyatın milli xüsusiyyətlərinin əsas cizgilərini, onun inkişaf yolunu, əsri ənənələrini, başqa xalqların ədəbiyyatları ilə əlaqəsini, bir sözlə ideya-bədii nailiyyətlərini qabarıq şəkildə nümayiş etdirir. İstər klassik, istərsə də, müasir yazıçılarımızın əsərlərində yaradılan müsbət xarakterlər xalqın mənəvi, psixoloji aləmini öz bəşəri, humanist keyfiyyətləri ilə səciyyələndirir. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Axudovun, Cəlil Məmmədquluzadənin, Vəzirovun, Sabirin, Nərimanovun estetik idealında, satirasında, tənqidlərinin arxasında görünən sənətkar mövqeyi müəyyən tarixi şəraitdəki milli xalq xarakterinin milli xalq idrakının təzahürüdür.
Çəhrayı Panter (xarakter)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Deqazasiya üsulları və onların xarakteristikası
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Xarakteristika
Xarakteristika – 1)bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri; 2)birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə; 3)riyaziyyatda onluq loqarifmin bütöv hissəsi; 4)bir şeyin hər hansı bir qrafik (cizgilərlə) göstəricisi. Məsələn, turbinin xarakteristikası, çay rejiminin xarakteristikası; 5)texniki sistemin, obyektin, prosesin və s. vəziyyətini müəyyən edən asılı və qeyri-asılı kəmiyyətlər arasında qarşılıqlı əlaqə. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Значение слова в других словарях