Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəmkir-Daşkəsən seçki dairəsi
Şəmkir kənd seçki dairəsi
Şəmkir şəhər seçki dairəsi
Sevkar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Şəmkir
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
102 saylı Samux-Şəmkir seçki dairəsi
102 saylı Samux–Şəmkir seçki dairəsi
98 saylı Şəmkir şəhər seçki dairəsi
99 saylı Şəmkir kənd seçki dairəsi
Almaniyada seçkilər
== Maliyyələşmə == Almaniyada seçki kampaniyaları vaxtı partiyaların maliyyələşməsi onların populyarlıq reytinqinə görə aparılır. Reytinq seçkilərdə qazandıqları nəticələrə görə nəzərə alınır. Burada dövlət subsidiyalarının maksimal həddi 133 milyon avrodur. 2006-cı ildə dövlət subsidiyalarını ən çox iki partiya XDİ (44.5 milyon avro) və SDP (43 mln. avro) alıb.
Azərbaycanda seçkilər
Azərbaycan Respublikasında seçkilər — Azərbaycan Respublikasında prezident seçkiləri, parlament seçkiləri və yerli seçkiləri haqqında məlumat verir. Azərbaycan Respublikasında dövlət başçısı — Azərbaycan Respublikası Prezidenti, ali qanunverici orqan — Azərbaycan Respublikası Milli Məclisi və yerli idarə orqanı — bələdiyyələr, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. 2002-ci ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, 100 deputat majoritar seçki sistemi ilə seçilib və 25 deputat proporsional seçki sistemi ilə seçilib. Milli Məclis seçkilərində siyasi partiyalar və müstəqil deputatlar mandat qazanmaq üçün yarışır. Azərbaycan Respublikası Prezidenti, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir və prezidentin seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi. 1 sentyabr 2024-cü ildə son parlament seçkiləri keçirilib. 7 fevral 2024-cü ildə isə son prezident seçkiləri keçirilib.
Gürcüstanda seçkilər
Gürcüstanda seçkilər — seçkilərin nəticələri haqqında məlumat verir. Seçkilər, vəzifəyə namizədlərin seçilməsi üçün səsvermə prosesidir. Demokratiyanın qanunverici orqanda, bəzən də icra və məhkəmə orqanlarında seçkili vəzifələri doldurduğu və seçicilərin yerli hökumət rəsmilərini seçdiyi mexanizmdir. Gürcüstan milli səviyyədə dövlət başçısı - prezidenti və qanunverici orqanı seçir. Prezident xalq tərəfindən 5 il müddətinə seçilir. Gürcüstan Parlamenti dörd il müddətinə seçilən 150 deputatdan, 77 nisbətlə proporsional, 73 mandat isə birmandatlı seçki dairələrindən ibarətdir. 2019-cu ilin yayında Gürcüstanda keçirilən etiraz aksiyaları daha proporsional sistemə keçməyi tələb etdi (birmandatlı seçki dairələrinin ləğv edilməsi) və bunun üçün "Gürcü Arzusu" partiyasının lideri Bidzina İvanişvilinin sözünü verdi. Ancaq 2019-cu ilin noyabr ayında ayrı-ayrı millət vəkilləri yeni etirazlara səbəb olan seçki sistemini dəyişdirmək haqqında qanun layihəsinin əleyhinə səs verdilər. == Statistika == 1990-cı ildən bu yana Gürcüstanda beş seçki, yeddi parlament, yeddi Acarıstan Ali Məclisinə və dörd yerli idarəetmə orqanına seçkilər olmaqla 22 seçki keçirildi; referendum və plebisit də təşkil olumuşdur. Ən çox qeydə alınmış seçici sayı (3.594.810) 26 may 1991-ci ildə keçirilən prezident seçkilərində iştirak etdi.
Moldovada seçkilər
Moldovada seçkilər — Moldova Respublikasında keçirilən seçkilərə verilən ad. Moldovoda seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofte 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
Nümayişi seçkilər
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. What Are Sham Elections?
Qazaxıstanda seçkilər
Qazaxıstanda seçkilər iki qurula, Məclis və Senata ayrılmış bir Prezident və Parlamentin seçilməsi üçün milli səviyyədə keçirilir. Yerli seçkilər beş ildən bir keçirilir. Seçkilər Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilir. Qazaxıstanda ondan çox siyasi partiya var. Bundan əlavə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, 1999-cu ildən bəri parlament və prezident seçkilərini izləmək üçün ölkədəki seçki nəzarətçilərini yerləşdirdi. Seçkilərdə bir çox qazax seçicisinə elektron səs maşınlarında və ya kağız bülletenlərdə səs vermək seçimi təklif edildi. Hər səsvermə yerində bir böyük və iki portativ kiçik seçki qutusu var. Bunun səbəbi əlil vətəndaşların da səs verə bilməsidir. Ayrıca, sandıqların bir hissəsi doldurma problemi üçün şəffafdır. Elektron səsvermə Belarusiya və Qazaxıstanda hazırlanmış AIS "Sailau" elektron səsvermə sisteminə əsaslanır.
İngiltərədə seçkilər
Seçki kampaniyaları vaxtı İngiltərədə partiyalar 2002-ci ildən etibarən inkişaf üçün hökumət qrantı alırlar. Bu qrantın ümumi fondu 2 milyon funt təşkil edir. Seçkiləri qazanan və parlamentdə təmsil olunmuş üç partiyanın hər biri ayrı-ayrılıqda 458 min funt alır.
Zəfər seçkisi
Azərbaycanda prezident seçkiləri (2024) və ya hökumətyönümlü mənbələrcə Zəfər seçkisi — Azərbaycanda 2024-cü il fevralın 7-də Azərbaycan prezidentini müəyyən etmək üçün keçirilmiş növbədənkənar prezident seçkiləri. 2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci il tarixində növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Seçkilərin elanından öncə Azərbaycanda həbs dalğası vüsət almışdır. Belə ki, 24 iyul 2023-cü il tarixində rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu haqqında Nərimanov Rayon Məhkəməsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdir. Onun həyat yoldaşı İradə Bayramova onların maşınının önünün kəsildiyini, İbadoğlunun maşından düşürüldüyünü, xanımının isə fiziki zoralığa məruz qaldığını söyləmişdir. ABŞ-nin Azərbaycandakı səfirliyi isə bu həbsi qınamışdır. Hökumətyönümlü mediada və Türk mediasında İbadoğlunun Fətullahçı Terror Qruplaşması ilə əlaqəli olduğu yazılmışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun həbsinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə keçirilmiş FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat çərçivəsində olduğunu açıqlamışdır.
Seçkili Monarxiya
Seçkili monarxiya, monarxın seçki yolu ilə hakimiyyətə gəldiyi monarxiya formasıdır. Bu sistemin irsi monarxiydan fərqi odur ki, hökmdarlıq həmişə “atadan oğula” və ya hökmdardan varisə keçmir. Seçki üsulu, mümkün namizədlər və seçicilər standart olmayıb, dövlətdən dövlətə dəyişir.
Karusel (seçkilər)
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Düzqışlaq (Şəmkir)
Düzqışlaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Əhalisi == Kənd əhalisi 2093 nəfərdir ki, onunda 1016 nəfəri kişi, 1077 nəfəri isə qadınlar təşkil edir.
Dəllər (Şəmkir)
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.