Azərbaycanda seçkilər

Azərbaycan Respublikasında seçkilərAzərbaycan Respublikasında prezident seçkiləri, parlament seçkiləri və yerli seçkiləri haqqında məlumat verir.

Azərbaycan Respublikasında dövlət başçısıAzərbaycan Respublikası Prezidenti, ali qanunverici orqanAzərbaycan Respublikası Milli Məclisi və yerli idarə orqanı — bələdiyyələr, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər. 2002-ci ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, 100 deputat majoritar seçki sistemi ilə seçilib və 25 deputat proporsional seçki sistemi ilə seçilib. Milli Məclis seçkilərində siyasi partiyalar və müstəqil deputatlar mandat qazanmaq üçün yarışır.

Azərbaycan Respublikası Prezidenti, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir və prezidentin seçilmə sayına məhdudiyyət yoxdur. 2009-cu ildəki Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendumdan əvvəl, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.

2020-ci ildə ən son parlament seçkiləri keçirilib. 11 aprel 2018-ci ildə isə ən son prezident seçkiləri keçirilib.

Ən son seçkilər[redaktə | mənbəni redaktə et]

2018 Prezident seçkiləri[redaktə | mənbəni redaktə et]

Nəticələr[redaktə | mənbəni redaktə et]

Yer Namizəd Səs Faiz (%)
1.
İlham Əliyev 3 397 664 86.03 %
2.
Zahid Oruc 123 006 3.11 %
3.
Sərdar Cəlaloğlu 119 674 3.03 %
4.
Qüdrət Həsənquliyev 119 390 3.02 %
5.
Hafiz Hacıyev 59 977 1.52 %
6.
Araz Əlizadə 54 603 1.38 %
7.
Fərəc Quliyev 46 010 1.17 %
8.
Razi Nurullayev 29 282 0.74 %

2020 Milli Məclisi seçkiləri[redaktə | mənbəni redaktə et]

Nəticələr[redaktə | mənbəni redaktə et]

Partiya Yerlərin sayı Keçmiş seçkilərlə müqayisə (2015)
Yeni Azərbaycan Partiyası 70 −2
Vətəndaş Həmrəyliyi Partiyası 3 +1
Ana Vətən Partiyası 1 =
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 =
Azərbaycan Demokratik İslahatlar Partiyası 1 =
Böyük Quruluş Partiyası 1 =
Vətəndaş Birliyi Partiyası 1 =
Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 =
Müstəqil Namizədlər (Bitərəf) 41 −1
Ümumi (səs verənlər 55,7%) 121 121
Mənbə: Mərkəzi Seçki Komissiyası

Azərbaycan Respublikası Prezidenti seçkiləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisi seçkiləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının bələdiyyələri seçkiləri[redaktə | mənbəni redaktə et]

Referendumlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]