Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sivri kola
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Sivri xanımotu
Sivri xanımotu (lat. Atropa acuminata) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Sidi-Davud
Sidi-Davud (ərəb. سيدي داود‎ , fr. Sidi Daoud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 49 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 91 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 47 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 16 900 nəfər idi.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 12,087 idi.
Sidi-Xüiləd
Sidi-Xüiləd (ərəb. سيدي خويلد‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Xüiled dairəsinin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 560 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 127 metrdir. Sidi-Xüiləd kommunası Uarqla, Əyn-Beyda, Hasi-Ben-Abdullah və Nəqusa kommunaları ilə həmsərhəddir. Sahəsi 131 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,2 °C-dir.
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir. Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Sidi-Əqbə
Sidi-Əqbə (ərəb. سيدي عقبة‎) — Əlcəzairdə, Biskra vilayətində şəhər. Sidi-Əqbə şəhərinin yaranmasından əvvəl müasir şəhərin yerləşdiyi ərazinin yaxınlığında müəyyən hadisələr baş vermişdir. Məğribin fəthindən sonra Əməvi valisi Üqbə ibn Nafe kiçik bir dəstə ilə yürüşdən qayıdırdı. Biskranın şərqindəki Tudı vahəsində bərbərlər onun dəstəsinə hücum etmişdir. Döyüş zamanı ibn Nafe öldürülmüş və cəsədi sonradan Sidi-Əqbə adlı vahəyə aparılmışdır. 686-cı ildə ibn Nafenin dəfn olunduğu yerdə onun məqbərəsi və adına məscid də daxil olmaqla binalar kompleksi tikilmişdir. Coğrafiyaşünas və tarixçi Bəkri öz yazılarında göstərir ki, şəhərdə Haurka qəbiləsindən olan bərbərlərə və ibadilərə qarşı çıxan, sünniliyi qəbul edən qureyş qəbiləsindən olan ərəblər yaşayırdılar. Sidi-Əqbə Əlcəzairin paytaxtından 300 km cənub-şərqdə, Biskra şəhərindən 18 km şərqdə yerləşir. Dəniz səviyyəsindən 53 metr yüksəklikdədir.
Sidi Bushaki
Sidi Buşaki (ərəb. سيدي بوسحاقي‎; tam adı: Əbu Ishaq Ibrahim bin Faïd ez-Zəwəwi; ərəb. إبراهيم بن فايد الزواوي‎) — böyük Maliki məzhəbi ilahiyyatçısı, Quran təfsiri, ərəb dilçisi və Qadiriyyə sufi. 1394 (Hicri 796) ilində Thenia(en)'də doğmuş, 1453 (Hicri 857) ilində eyni yerdə vəfat etdi. Onun əsərləri İslam elmlərinin bir neçə aspektini əhatə edir, o cümlədən: Təfsir əz-Zəvavi Quranın təfsiridir (təfsir ərəbcə: تفسير الزواوي). Tuhfət əl-Müştaq Maliki fiqhində Muxtar Xəlilin qısa izahıdır (ərəb: تحفة المشتاق في شرح مختصر خليل). Ravd Xəlilin çiçəklərindən çıxarış üçün Yolun asanlaşdırılması Muxtar Xəlilin Maliki fiqhinin xülasəsinin (ərəb: تسهيل السبيل لمقتطف أزهار روض خليل) izahıdır. Nil tufanı Muxtar Xəlilin Maliki fiqhinin (ərəb: فيض النيل) xülasəsinin izahıdır. Sidi Buşaki şeiri: İbn Hişam əl-Ənsari (ərəb: نظم قواعد الإعراب لابن هشام) tərəfindən qrammatik təhlilin qaydalarını izah edən şeir. Təlxis ət-Talxis ritorika, mənalar və bəyan haqqında bir kitabın izahıdır (ərəb: تلخيص التلخيص).
Sidi Buşaki
Sidi Buşaki (ərəb. سيدي بوسحاقي‎; tam adı: Əbu Ishaq Ibrahim bin Faïd ez-Zəwəwi; ərəb. إبراهيم بن فايد الزواوي‎) — böyük Maliki məzhəbi ilahiyyatçısı, Quran təfsiri, ərəb dilçisi və Qadiriyyə sufi. 1394 (Hicri 796) ilində Thenia(en)'də doğmuş, 1453 (Hicri 857) ilində eyni yerdə vəfat etdi. Onun əsərləri İslam elmlərinin bir neçə aspektini əhatə edir, o cümlədən: Təfsir əz-Zəvavi Quranın təfsiridir (təfsir ərəbcə: تفسير الزواوي). Tuhfət əl-Müştaq Maliki fiqhində Muxtar Xəlilin qısa izahıdır (ərəb: تحفة المشتاق في شرح مختصر خليل). Ravd Xəlilin çiçəklərindən çıxarış üçün Yolun asanlaşdırılması Muxtar Xəlilin Maliki fiqhinin xülasəsinin (ərəb: تسهيل السبيل لمقتطف أزهار روض خليل) izahıdır. Nil tufanı Muxtar Xəlilin Maliki fiqhinin (ərəb: فيض النيل) xülasəsinin izahıdır. Sidi Buşaki şeiri: İbn Hişam əl-Ənsari (ərəb: نظم قواعد الإعراب لابن هشام) tərəfindən qrammatik təhlilin qaydalarını izah edən şeir. Təlxis ət-Talxis ritorika, mənalar və bəyan haqqında bir kitabın izahıdır (ərəb: تلخيص التلخيص).
Şidi (Puldəşt)
Şidi (fars. شيدي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 820 nəfər yaşayır (167 ailə).
Sidi-Bəl-Abbas
Sidi-Bəl-Abbas (ərəb. سيدي بلعباس‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2005-ci ildə edilən təxminlərə görə, şəhərin əhali 200 min nəfər idi. Yayda iqlim sərin gecələr və isti günəşli günlərlə çox isti olur. Qışda qar bəzən bol yağır, lakin uzun müddət qalmır və ilk ərimə ilə yox olur. Günəş çıxanda havanın temperaturu aşağı ola bilər, bəzən −7 °C-ə qədər enir. Şaxtalar yazda baş verir. Sidi-Bəl-Abbasın əsası 1843-cü ildə Fransa müstəmləkəçiləri tərəfindən hərbi qala qoyulmuşdur. 1849-cu ildə şəhərdə mülki yaşayış başlamışdır. Sidi-Bəl-Abbas XIX əsrin ikinci yarısı və XX əsrin birinci rübü boyunca kiçik bir şəhər olaraq qalmışdır.
Sidi-Süleyman (Uarqla)
Sidi-Süleyman (ərəb. سيدي سليمان‎) — Əlcəzairin şimal-şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Məqarin dairəsinin bir hissəsidir . Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 460 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 56 metr yüksəkdir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 65 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,4°C-dir. Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Sidi Bushaki şeiri
Sidi Buşaki şeiri
Sidi Əli Orlat
Seyid Əli Orlat (? — 1399-cu il) — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur. XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır.
Sidi-Bu-Zid (vilayət)
Sidi-Bu-Zid vilayəti (ərəb. سيدي بوزيد‎) — Tunisin 24 vilayətindən biri. Sidi-Bu-Zid vilayətinin ərazisi 7 400 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Sidi-Bu-Zid vilayətinin əhalisi 430 912 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Sidi-Bu-Zid vilayəti
Sidi-Bu-Zid vilayəti (ərəb. سيدي بوزيد‎) — Tunisin 24 vilayətindən biri. Sidi-Bu-Zid vilayətinin ərazisi 7 400 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Sidi-Bu-Zid vilayətinin əhalisi 430 912 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Hivi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Kivi
Kivi — Kivi meyvəsi, becərmə qrupuna aid bitkilərin və Acinidia deliciosa bitki meyvələrinin, üzüm kimi meşəli dırmaşan bitki növlərinin ümumi adı və A. deliciosa və digər Actinidia növləri arasındadır. Kiwi tərəfindən ifadə edilən cücərtilər qrupu və bu qrupdakı ən ticari baxımdan əhəmiyyətli kultivarların tam adları aşağıdakılardır: Kultivar qrupu: Actinidia deliciosa Kiwifruit qrupu Kultivar: Actinidia deliciosa 'Hayward' Kultivar: Actinidia deliciosa 'Chico' Kultivar: Actinidia deliciosa 'Saanichton 12' Kivi meyvəsi Şərqi Asiyadan (əsasən Çin) gəlir və bol C vitamini meyvələri olan çoxillik bir bitkidir. == Kivinin faydalı xüsusiyyətləri == Kivinin ən faydalı xüsusiyyəti damarları bağlayan yağların yandırılmasıdır: Lipid metabolizması pozulmuş insanlar üçün kivi lazımdır. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir, ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi də kollagen istehsalını stimullaşdırır və saçların vaxtından əvvəl ağarmasının qarşısını alır. Bu meyvəni təhlükəsiz gənclik və gözəllik məhsulu adlandırmaq olar. Kivi xüsusilə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var. Dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır. Amma kivi kəskin mədə xəstəliyi, sitrus meyvələri alerjisi olanlar və ishala meylli insanlar üçün pəhrizdən xaric edilməlidir.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Siqi
Siqi (lat. Coregonus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.