Sivriyarpaq kassiya
Sivriyarpaq kassiya (lat. Cassia acutifolia) - kassiya cinsinə aid bitki növü.Cassia acutifolia Delile (=Senna alexandrina Mill.) - İtiyarpaq (Aleksandriya səna, Afrika sənası, itiuclu səna, Misir sənası, səna, kassiya)
== Botaniki xarakteristikası: ==
Çoxillik yarımkol bitkisi olub, hündürlüyü 1-1,5 m-ə bərabərdir. Gövdəsi budaqlanandır. Yarpaqları cüt lələkvari, növbəli, yalançı zoğu əsasından bizəoxşardır. Yarpaqcıqları demək olar ki, oturaq, neştərvari, bütövkənarlı, zirvəsi itiuclu, əsasından bərabər olmayan, uzunluğu 20-30 mm, eni isə 5-9 mm-ə bərabərdir. Hamaşçiçəkləri qoltuq tumurcuqları fırçayabənzərdir. Çiçəkləri ziqomorf olub, diametri 8 mm, kasacığı 5 kasa yarpağından, çiçək tacı 5 bərabər olmayan sarı rəngli ləçəkdən ibarətdir. Meyvəsi yastı, dəricikli, azacıq əyilmiş olub, uzunluğu 3-5 sm, eni isə 1,5-2,5 sm-ə bərabərdir. Toxumları yası, ürəkşəkilli və sarılımtıl-yaşıl rəngli olur.Yarpaqları mövsüm ərzində 2-3 dəfə əl ilə toplanılır. Sonuncu dəfə bütün bitki yığılır və yarpaqları çeşidlərə ayrılır.