Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. == Həyatı == Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. == Filmoqrafiya == Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Siloso (fort)
Siloso fortu (çin. - 西乐索炮台) — Sinqapurun Sentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar. == Ümumi məlumat == Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədi ilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur.Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır. Burda həmçinin XVII əsr, eləcə də ikinci dünya müahribə dövrünə aid silah sərgisi də mövcuddur.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. == Həyatı == === İlk illəri === 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə , ikinci dəfə model olan Analia Huni , 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır. === Siyasi fəaliyyəti === 1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi.
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi “bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə “Dərzi”, “Həkim”, “Qırmızı bankir” adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün “Slovo” adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının “C” hərfi ( slavyan əlifbasında – “söz” kimi tərcümə edilən “slovo” sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk “qaranquş”larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün “Gefsiman bağı” romanında vermişdir.
Slovo binası