Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Kadeş
Kadeş — indiki Suriya ərazisində, qərbdə Orent çayı üzərində salınmış qədim şəhər. Kadeş adına əsasən Kadeş döyüşü ilə əlaqəli səlnamələrdə rast gəlinir. E.ə. 1472-ci ildə qadın firon Hatşepsutun hökmranlığı dövründə Kadeş hakimi Misirin əsas rəqibi olan Mitanni dövlətinin dəstəyi ilə üsyan qaldıraraq şərqi Aralıq dənizi şəhərlərindən təşkil olunmuş Misir əleyhinə koalisiyaya rəhbərlik edir. E.ə. 1468-ci ildə Megiddo yaxınlığında Kadeş hökmdarı III Tutmosis tərəfindən məğlub edilir və e. ə. 1460 cu ildə şəhər yerlə-yeksan edilir. Kadeş hakimi döyüş zamanı həlak olur.
Harramiz Soares
Harramiz Quieta Ferreira Soares (3 avqust 1990, San Tome) — futbolçu. Daha çox Harramiz kimi tanınır. Portuqaliya klubu olan Faransenin futbolçusu. == Karyerası == Harramiz Soares 20 iyun 2021-ci ildə Neftçiyə transfer olundu.
Kaya Şkrjek
Optik skaner
Optik skaner (optical scanner) – kağızda və ya başqa daşıyıcıda olanları xüsusi proqram təminatının (məsələn, qrafikanın oxunması və ya simvolların optik tanınması) köməyilə oxuyaraq, açıq və tünd (və ya rəngli) nöqtələr yığınını rəqəmli siqnala çevirən daxiletmə qurğusu. Quruluş özəlliklərinə görə skanerlərin bir neçə növünü fərqləndirirlər: planşet skanerlər (FLATBED SCANNER), səhifə skanerləri (PAGE SCANNER), slayd skanerləri (SLIDE SCANNER), əl skanerləri (HANDHELD SCANNER). Ən çox yayılmış növü planşet skanerlərdir ki, orada darayıcı qurğu tərpənməz sənəd boyunca hərəkət edir. Skanerlər adi faksimil operatorlarda olduğu kimi, baxdıqları kağızı tərpənməz baxış mexanizmi üzəri ilə hərəkət etdirə də bilər. Bəzi xüsusi skanerlər videosiqnalı proqram təminatı vasitəsilə emal olunmaq üçün rəqəmli siqnala çevirən standart videokamera ilə də işləyir. Əl skanerləri də çox tanınır; belə adlanmalarına səbəb istifadəçinin onları əllə tutaraq sənədin üzəriylə hərəkət etdirməsidir. Əl skanerləri ucuz olsalar da, onların baxış zonasının eni məhdud olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Skaner nədir?
Sedrik Soareş
Sedrik Rikardo Alveş Soareş (31 avqust 1991-ci ildə anadan olub) — Sedrik (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈsɛdɾik]]]) kimi də tanınan, Premyer liqa təmsilçilərindən olan Sauthempton klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Sedrik karyerasına Sportinq CP klubunda start vermişdir. O, dörd Primeyra liqa mövsümü ərzində klub ilə ümumilikdə 94 oyuna çıxmış və iki qolla yadda qalmışdır. Sedrik 2015-ci ildə Sauthempton klubu ilə müqavilə imzalamışdır. Sedrik Portuqaliyanın gənclər milliləri ilə 72 oyuna çıxmışdır. O, Portuqaliya millisi ilə debütünü 2014-cü ildə etmişdir. Sedrik milli ilə UEFA Avro 2016-da iştirak etmiş və turnirin qalibi olmuşdur. == Klub karyerası == === Sportinq === Sedrik Almaniyanın Baden-Vürtemberq bölgəsinin Singen şəhərində Portuqaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Sedrikin iki yaşı olarkən valideynləri ölkəni tərk etmişdir. O, 1999-cu ildə səkkiz yaşı olarkən Sportinq de Portuqal klubunun akademiyasına qəbul olmuşdur.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Kadeş döyüşü
Kadeş döyüşü Firon II Ramzesin hökmranlığının beşinci ilində, e.ə. 1274 cü ildə indiki Suriya və Livan sərhəddində, Orentos çayı üzərindəki Kadeş şəhəri uğrunda Qədim Misir və Het çarlığı arasında baş vermiş hərbi toqquşma. Qədim Misir tarixində III Tutmos tərəfindən e.ə. 1457 ci ildə aparılmış Megiddo döyüşündən sonra ikinci böyük hərbi münaqişə. == Döyüş səlnamələri == Kadeş döyüşü hər iki tərəfə aid səlnamələrdə öz əksini tapmışdır. Qədim Misir səlnamələrində II Ramzes tərəfindən hərbi yürüşün başlanmasından və Kadeş döyüşlərindən xəbər verilir: qoşunları tərəfindən tərk edilmiş II Ramzes tanrı Amunun köməyi ilə qələbə çalmış olur. Döyüş haqqında Karnak, Luksor, Ramesseum , Əbu Simbel və Abidos təsvirlərinə əsaslanan üç və əlavə papirus yazılara əsaslanan 13 təssəvvür mövcuddur. Hettlər tərəfindən düyüş təsəvvürü Babil mixi yazılarına əsaslanır. Het dövlətinin paytaxtı Xattusa şəhərinin xarabalığından tapılmış mixi ilə yazılmış gil lövhələr adıgedən döyüşdən xəbər verir. === Döyüş önü === Kadeş şəhəri Qədim padşahlıq dövrünə aid XVIII sülalə zamanında III Tutmosis tərəfindən altı yürüşdən sonra ələ keçirilmiş olur.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Kayes (bölgə)
Kayes (Bambara: ߞߊߦߌ ߘߌߣߋߖߊ təl. Kayi Dineya) — Malinin inzibati bölgüsünə daxil olan səkkiz bölgədən biri. Malinin birinci inzibati ərazisidir və 120 760 kv. kilometr ərazini əhatə edir. Paytaxtı Kayes şəhəridir. Bölgə tarixən Qana imperiyası və Mali imperiyasının tərkibində olmuşdur. == Coğrafiya == Kayes bölgəsi şimaldan Mavritaniya, qərbdən Seneqal, cənubdan Qvineya və şərqdən Kulikoro bölgəsi ilə həmsərhəddir. 2009-cu ildə bölgənin əhalisi 1 996 812 nəfər olmuşdur. Ərazidə yaşayan etnik qruplara Soninkelər, Xasonkelər, Mandinkalar, Dialonkelər və Fulalar ( fr. Peuls, ful.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Skate Kitchen — Internet Movie Database saytında.
Diferensial skaner kalorimetriyası
Diferensial skaner kalorimetriyasi – temperaturun funksiyası kimi endo- və ekzotermik keçidlərin ölçülməsi üçün termiki analizin ən populyar üsuludur. == Əsasları == === Kalorimetriya === Kalorimetriya – istiliyi ölçülən müxtəlif proseslərin fiziki - kimyəvi analiz metodları qrupudur: kimyəvi reaksiyaların; faza keçidlərinin; istilik tutumu (cismin temperaturunun dəyişilməsi üçün tələb olunan istilik). === İstilik === İstilik – daxili enerjinin məkanda yenidən bölüşdürülməsi prosesini xarakterizə edən funksiyadır; onu istilik köçürmə prosesi olmadıqda ölçmək mümkün deyil. Buna görə hər hansı bir kalorimetrin dizaynında ölçmə sisteminin müxtəlif hissələri arasında istilik mübadiləsinin mümkün olması nəzərə alınır və istilik koçürmələri ilə bağlı hadisələri anlama, kalorimetriyada prinsipial əhəmiyyətə malikdir. === İstilik köçürülmə hadisələri === İstilik köçürülməsi fiziki təbiətinə görə müxtəlif yollarla həyata keçirilə bilər: maddələrin istilik keçiriciliyi səbəbindən; konveksiya yolu ilə; istilik şüalanma yolu ilə. ==== İstilik keçiriciliyi ==== İstilik keçiriciliyi – molekullarin və ya atomların titrədici vəziyyətlərini dəyişdirərək enerji transfer metodudur (enerjinin ötürülməsi metodu). İstilik keçiriciliyi kütləvi ötürülmə ilə müşayiət edilmir və yalnız qatı maddələrdə mümkündür. ==== Konveksiya ==== Konveksiya – enerjinin maye və ya qaz axını ilə ötürülməsi. Sistemin bir nöqtəsindən digərinə konveksiya ilə ötürülən enerjinin miqdarı bu iki nöqtə arasındakı temperatur fərqi ilə mütənasibdir (birbaşa nisbətdədir). ==== Termiki şüalanma ==== Bütün cisimlər elektromaqnit şüalanmanı aramsız yayırlar və udurlar.
Kajə (Sərdəşt)
Kajə (fars. كاژه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (37 ailə).
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.