Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skalitsa
Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. == Tarix == Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur. 1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir.
Skalitsa MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. == Tarixi == 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Staritsa
Staritsa — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir.O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir. Orada Şərq Dilləri İnstitutunun Makedon dili və ədəbiyyatı lektoru vəzifəsində çalışmışdır.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Skaliça MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. == Tarixi == 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
İvan Kalita
İvan Daniloviç Kalita (rus. Ива́н Дани́лович Калита́; 1288, 1304 və ya 1 noyabr 1288, Moskva, Böyük Moskva Knyazlığı – 31 mart 1340, 31 mart 1341, 13 mart 1341 və ya 31 mart 1340, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1325-1340), Daniil Aleksandroviçin oğlu. İvan Daniloviç özünün "Kalita" (yəni pul kisəsi) ləqəbini müxtəlif versiyalara görə yoxsullara qarşı səxavətinə və ya qənaətcilliyinə görə almışdır. Gəncliyində Yurinin Tver ilə böyük hökmranlıq uğrunda mübarizəsində iştirak etmiş, qardaşının ölümündən sonra o, Kolomna və Mojaysk ilə Moskva çayı hövzəsini daxil edən Moskva knyazlığını miras almışdı. İvan Kalita 1327-ci il anti-Orda Tver üsyanından istifadə etdi: Qızıl Orda xanı Özbək, əvvəllər Tverli Aleksandr Mixayloviçə həvalə edilmiş böyük hökmranlığa nəzarəti ona verdi. Sonrakı illərdə Özbəyin dəstəyinə arxalanan İvan Daniloviç hakimiyyətini xeyli gücləndirə bildi. Böyük knyazlığın müvəqqəti olaraq iki yerə bölünmüş ərazisi 1331-ci ildə yenidən birləşdirildi; Kalita digər rus knyazlıqlarında Orda üçün xərac toplamaq fürsəti əldə etdi və bundan təsirini genişləndirmək və xəzinəsini doldurmaq üçün istifadə etdi. Eyni məqsədlə o, xanədan nikahlarına girdi, volostları və kəndləri aktiv şəkildə satın aldı. Mənbələrdə “Kalitanın aldığı” ərazilər kimi Uqlitskoye, Qaliç-Merskoye və Belozerskoye knyazlıqları qeyd edilir, lakin onların Moskvadan asılılığının nədən ibarət olduğu aydın deyil. 1339-cu ildə Kalita əsas düşməni Tver knyazı Aleksandr Mixayloviçin Ordada edam edilməsinə nail oldu ki, bu da Moskvanın Tver üzərində son qələbəsi demək idi.