Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sketç
Sketç — estrada üçün yazılmış kiçik məzhəkə.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Smerç
Smerç (silah)
Soket
Soket (ing. Socket) — informasiya əldə etmə və ötürmə imkanı olan şəbəkə birləşməsinin sonlarından birinin modelidir. Tərkibinə görə soket bir çox əməliyyat sistemlərinə daxil edilmiş tətbiqi proqram interfeysidir. Windows-da WinSock adı ilə məlumdur (winsock.pas). Soket üçün İP protokolu üzrə kompyuterlər arasında əlaqədə ünvan və portdan istifadə olunur (soket ünvan və portdan ibarət yuvadır). İnformasiya mübadiləsində iki soketdən istifadə olunur – göndərənin soketi və alanın soketi.
KKTC
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının (bəzi mənbələrdə - Qıbrız adası) şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Kerç
Kerç – Krımın şərq hissəsində qədim şəhər. Yerli tatarlar Keriç adlandırırdılar. == Tarixi == Kerçin bir yaşayış məskəni kimi hələ eradan əvvəl XVII–XV əsrlərdə mövcud olduğu göstərilməkdədir. Skif padşahı Savmakın dövründə isə (eradan 100 il əvvəl) Kerçdə mədəniyyətin çiçəklənmə dövrüdür. Rusların Qara dənizə yiyələnmək arzuları uğrunda nailiyyətləri bu dənizə Kerç boğazı ilə bağlı olan Azaka (Azova) yiyələnməklə əldə oluna bilərdi. Osmanlı dövlətinin imzaladığı ən ağır andlaşmalardan olan, II Yekaterinanın ömrü boyu mənfəəti ilə öyündüyü Küçük Qaynarca sülhü ilə Qara dəniz Osmanlı dənizi olmaqdan çıxır və tarixdə ilk dəfə Qara dəniz sularına girən Rusiya Qara dəniz və boğazlar yolu ilə Osmanlı idarəsində olan ölkələrlə sərbəst hərəkət imkanı və ticarət imtiyazları əldə edir. Andlaşmanın şərtlərinə görə Qara dənizin şimal qərbindəki Buğ və Dnepr arasındakı sahil şəridi; Kırım yarımadasındakı Kerç boğazına hakim Yenikala, Kerç, Azak dənizi üzərindəki Azak qalaları Rusiyaya verildi. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən şəhərin əhalisi 145.845 nəfərdir. == Mədəniyyəti == Kerç nəinki Kırım yarımadasının, habelə dünya mədəniyyətinin ən şanlı nümunələrini sinəsində saxlayan bir sivilizasiya ocağıdır. Kerç yaxınlığında er.
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. == Təsviri == İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. == Areal == Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Kitç
Kitç (alm. Kitsch‎) — məşhur və mədəni simvolları istifadə edərək kütləvi istehsal edilən incəsənət və ya dizaynın aşağı mədəniyyət stili.
Kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
ŞKTR
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Şətt
Şətt (ərəb. شط‎, hərf. sahil) — geologiyada Afrikanın Məğrib regionunda ilin çox hissəsi quru qalan, lakin qışda bir qədər su alan duzlu göl. Bu, səthinin hündürlüyü su səviyyəsinin və kapilyar torpağın mövqeyi ilə idarə olunur. Şəttdə su səviyyəsi aşağı düşdükdə çöküntü deflyasiyası və su səviyyəsi yüksəldikdə çöküntü yığılması baş verir. Onlar dəyişkən sahillərdə, Atlas dağ silsiləsindən gələn yaz əriməsi ilə, həmçinin Böyük Səhrada ara-sıra yağış suları və ya Böyük Səhra artezian hövzəsi kimi yeraltı su mənbələri ilə əmələ gəlir. Sahara şəttləri nadir yağışlar zamanı fasilələrlə qidalanır. Onlar yüksək buxarlanma sürətinə məruz qalırlar, buna görə də duzlar sonda çöküntünün səthində toplanır. Əslində, şəttlər ildə illik buxarlanma dərəcələri çox vaxt illik yağıntının 20 qatını üstələyir. Bu duz yığılması, müqayisə edilə bilən dəyişkənliyə baxmayaraq, şəttlərin xüsusilə yüksək albedoya sahib olmasına səbəb ola bilər. Şəttlərdə evaporitlərin çökməsi üstünlük təşkil etdiyi halda, daha rütubətli iqlim dövrlərində palçıq təbəqələri şətt səthində çökə bilər.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
FM2 soketi
Konstruktiv yaradılmış FM2 Soketinin yeni AMD platformasında rəsmi üzə çıxması baş tutdu. Əlbəttə ki, prosessorların özləri kifayət qədər maraqlıdır, bəs CPU nədir? Metal qoruyucu qapaq ilə örtürülmüş xüsusi çipsetdir. Bu “kompüter” adlı sistemin yalnız bir elementidir. Amma özündə praktiki hər şeyi birləşdirən və daşıyan əsas hissə ana plata adlanır. Məhz prosessorun həyata keçirə biləcəyi tam potensialın bir çoxu ondan asılıdır. == Prosessorun soyutma sistemi == Yeni platforma, yeni prosessor – bu həmişə maraqlıdır. Ancaq, məhsuldarlığı və qiymətinə maraq baxımından köhnə soyutma sistemləri ilə uyğunluğu sual doğurur. AMD şirkəti Soket FM2 yeni platforması ilə öz ənənələrini dəyişməyib – CPU soyutma sisteminin bərkidilməsi dəyişməz qalıb və 2 (Soket AM3+ ortaya çıxandan) ayrı-ayrı plastik element və ya bir plastik çərçivəni (bir qədər əvvəlki versiya) özündə birləşdirir. Arxa tərəfdən ana platanı zədələnməkdən plasmas lövhə və ya boltlarla bərkidilmiş metal lövhə qoruyur (istehsalçının seçiminə görə).
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Robert Skott
Rоbert Skоtt (6 iyun 1868[…], Plimut, Devon qraflığı – güm. 29 mart 1912[…], Ross şelf buzlağı, Ross ərazisi) — Böyük Britaniya səyyahı, Antarktidanın tədqiqatçısı. Robert Skott 1868-ci ildə dənizçi ailəsində dоğulmuşdur. 18 yaşında "Badişa" gəmisində miçman, iki ildən sоnra, 1888-ci ildə kiçik leytenant rütbəsi alır. İngilis hökuməti Antarktidaya təşkil etdiyi ekspedisiyaya rəhbərlik etməyi Rоbert Skоta təklif edir. 1902-ci ildə xüsusi layihə üzrə düzəldilmiş "Diskоveri" gəmisinə rəhbərlik edən Skоtt Antarktida sahillərinə çatsa da, iqlim şəraiti və aysberqlər ekspedisiya üzvlərinə materikə çıxmağa imkan vermir. 1910-cu ilin iyun ayında "Terra-Nоva" gəmisi ilə Skоtt yenidən Antarktidaya dоğru üzməyə başlayır. 65 nəfər heyətdən ibarət gəmi materikə yan alır. 1911-ci ilin nоyabr ayında materik üzərinə çıxaraq qütbə dоğru irəliləyir. 1912-ci ilin yanvar ayının 17-də R.Skоtt, Uilsоn, Оts, Bоuers və Evans cənub qütbünə çatmağa müvəffəq оlurlar.
Sietl, Vaşinqton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl, Vaşiqnton
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl (Vaşinqton)
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sietl Supersoniks
Seattle SuperSonics, NBA-də Pasifik Grupunda yer almış, 1967-2008-ci illərdə fəaliyyətdə olmuş, Sietl, Vaşinqtonu təmsil etmiş basketbol klubudur.
Skesa burnu
Skesa burnu — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının II İohann Pavel yarımadası sahillərindən qərbdə yerləşən burundur. Burun Zornitsa buxtasından şimalda yerləşmişdir. Burun Rove burnundan 6.92 km şimal-şərqdə, Esseks burnundan 18 km şimal-şərqdə, Merkuri bluffdan 5.18 km cənub-qərbdə, Şirreff burnundan 9 km cənub-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Skots dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Skott Falman
Skott Elliot Falman ing. Scott Elliot Fahlman (Medina, Ohayo ştatı, ABŞ, 21 mart 1948-ci il) – Karneqi-Mellon universitetinin alimi. O avtomatlaşdırılmış planlaşdırılma, semantik şəbəkə, neyron şəbəkə və Common Lisp proqram dili üzrə böyük mütəxəssis hesab edilir. Falman smayliklərin müəllifi sayılır. Bu təkliflə o yumorlu elanların ciddilərdən fərqləndirmək üçün istifadə etmək istəyirdi. Bunun üçün o :-) və :-(istifadə etməyi təklif etdi. Məsələn: <pre.raw Style="border: 0px;"> 19-Sep-82 11:44 Scott E Fahlman :-) From: Scott E Fahlman <Fahlman at Cmu-20c> I propose that the following character sequence for joke markers: -) Read it sideways. Actually, it is probably more economical to mark things that are NOT jokes, given current trends. For this, use -( Falman 1973-cü ildə Massaçuset Texnoloji İnstitutunda bakalavr, 1977-ci ildə doktorluq dərəcəsi aldı. Falman Amerika süni intellekt assosasiyasının üzvüdür.
Skott Morrison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.