Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leo Skiri Ostiqard
Leo Skiri Ostiqard (28 noyabr 1999, Molde[d]) — Norveç Eliteserien təmsilçilərindən olan Molde klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Molde === Ostiqard Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Ostiqard öz peşəkar karyerasında debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Sander Svendseni əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 18 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu. Akira Kitaquçi — Akira Matsunaqa Akira Matsunaqa (futbolçu, 1914) Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu.
Siirt
Siirt — Türkiyənin Siirt ilinin inzibati mərkəzi.
Skikda
Skikda (ərəb. سكيكدة‎, əvvəllər Filippvil) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə, əhalinin sayı 163,618 nəfərdir. Skikda Aralıq dənizində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 345 km şərqdə yerləşir. Şəhərin ətrafı dağlıqdır.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şakiro
Şakir Deniz daha çox Şakiro kimi tanınan (25 dekabr 1936, Ağrı – 5 iyun 1996, İzmir) — kürd dengbejidir. Denqbej Şakiro 1936-cı ildə Ağrıda anadan olub. Kürdlər arasında o, gözəl səsinə görə Kewê Ribat (Rabat Kəkliyi) və Şahê Dengbêjan (denqbejlərin kralı) kimi tanınır. Şakiro (Şakir Dəniz) özü kimi usta dengbêj olan Resoyê Gopalanın tələbələrindən biridir. Şakirê Mezin və ya Şakirê Bedih kimi də tanınır.
Şakirə
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
EBird
eBird — alimlərə, tədqiqatçılara və həvəskar təbiətşünaslara quşların yayılması və bolluğu haqqında real vaxt məlumatları təqdim edən quş müşahidələrinin onlayn məlumat bazasıdır.
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
Skiron
Skiron ( q.yun. Σκίρων, Σκείρων ) — qədim yunan mifologiyasında Teseyin rəqibi. Mifin Afina versiyasına görə, o, quldur, Meqarida versiyasına görə, komandir idi. Skironun mənşəyinin bir neçə versiyası var. Birinə görə, o, Poseydonunoğlu (və ya Pelopsun oğlu) idi.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == Cins Kirkianella cinsi Növ Sclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Kurd
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir. Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Öz aralarında cüt-cüt qafiyələnərək müstəqil məzmun ifadə edən misralara beyt deyilir.
Fatehpur-Sikri
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib. == Haqqında == Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir. Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Günel Şakir
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Musayeva (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Pərvin Şakir
Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d] – 26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq. 24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına baxmayaraq, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir.
Saira Bleyr
Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi. Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü. 11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur. Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur. Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır. Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır. 2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.
Siirt ili
Siirt ili — Türkiyədə il. 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 232 min nəfər əhalisinin 167 min nəfəri ana dilini kürdcə, 35 min nəfəri ərəbcə, 30 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Skordi məryəmnoxudu
Skordi məryəmnoxudu (lat. Teucrium scordium) - məryəmnoxudu cinsinə aid bitki növü.