Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skvoş
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Larri Skot
Larri Skot (ing. Larry Scott; 12 oktyabr 1938, Blekfut[d], Aydaho – 8 mart 2014, Solt-Leyk-Siti) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür. Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur. Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri «Mister Los-Anceles» yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra «Mister Kaliforniya» müsabiqəsinin qalibi oldu.
Skot Edkins
Skot Edvard Adkins (ing. Scott Edward Adkins; 17 iyun 1976, Satton-Koldfield[d], Uest-Midlends[d]) — ingilis aktyoru və döyüş sənəti ustasıdır. Skot Edvard Edkins 17 iyun 1976-cı ildə Böyük Britaniyada anadan olub. Böyük qardaşı Kreyq ilə birlikdə, Con və Janet Edkins tərəfindən sevilən orta sinif ailəsində böyüyüblər. Skot, Koldfield-dəki Bişop Vessey Liseyinə getdi. Məktəbdəki ən yaxşı tələbədən çox uzaqda idi "gecə, valideynlərim yuxuya gedəndə pilləkənlərdən enib bütün gecə film seyr etdim və sinifdə yatdım". Erkən yaşlarından Skot müxtəlif idman növləri ilə məşğul olurdu, lakin atası onu qardaşı ilə birlikdə yerli cüdo klubuna göndərdikdən sonra on yaşında döyüş sənətinə maraq göstərdi. "Döyüş sənətləri mənim vəsvəsəm oldu! Bu, bütün ömrüm boyu axtardığım kimi idi. ” Brüs Li və Jan-Klod Van Damme kimi döyüş sənətçilərini bütləyən Skot hər gün ağır məşq etməyə başladı.
Skot Moir
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.
Skots dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Skvoş (idman)
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
Yens Skou
Yens Skoy (8 oktyabr 1918[…], Lemviq[d], Mərkəzi Yutlandiya[d] – 28 may 2018[…], Orhus, Mərkəzi Yutlandiya[d]) — Kimya sahəsində Nobel mükafatı laureatı. Yens Skoy 1918-ci ildə oktyabrın 8-də Danimarkanın Lemvinq şəhərində anadan olmuşdur. O, varlı meşə və kömür sənayeçisi ailəsində doğulmuşdur. 1944-cü ildə Kopenhagen universitetini bitirmiş, 1954-cü ildə orada dissertasiya müdafiə etmişdir. 1947-ci ildən Aorxusa universitetində işləmişdir. 1950-ci illərin əvvəllərində Skoy anestetiklərin təsir mexanizmini öyrənmişdir. O, müəyyən etmişdir ki, anestetiklərin hüceyrə membranının lipid təbəqəsində həll olması və natrium kanalını bağlaması qabiliyyəti ilə bağlıdır. Skoy ehtimal etmişdir ki, kanal zülal molekuludur və onun neyronlarda bloklaşdırılması ona gətirib çıxarır ki, sinir hüceyrələri həyəcanlanmaq qabiliyyətlərini itirirlər ki, bu da anesteziyaya gətirib çıxarır. Skoy həmçinin onayaqlı dəniz xərçənginin sinirindən ATFaranı ayırmağa cəhd etmişdi, amma heç nə alınmamışdı və o, uzun zaman anesteziyanın başqa tədqiqatlarını aparmışdı (bu kəşfin nəhəng potensial imkanını dərk etmədən). 1958-ci ildə Vyanada konfransda digər tədqiqatçı Post ilə söhbət zamanı Skoy akabainin kardiotoksikqlikozidinin (natrium-kalium kanalının inhibitoru) tapılmasını bildi.
İldiko Soos
İldiko Soos (27 dekabr 1976, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. İldiko Soos, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra İldiko Soos, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).
Karoy Koş
Karoy Koş (mac. Károly Kós; 16 dekabr 1883[…], Timişoara, Avstriya-Macarıstan – 24 avqust 1977[…], Kluj-Napoka, Rumıniya Sosialist Respublikası) — Transilvaniya macarlarından olan Avstriya-Macarıstan və Rumıniya memarı, yazıçısı, redaktoru, illüstrator, müəllimi, professoru, etnoloqu və siyasətçisi. Karoy Koş 16 dekabr 1883-cü il tarixində Avstriya-Macarıstanın Temeşvar şəhərində (indiki Rumıniyanın Timişoara şəhəri) anadan olmuşdur. Dörd övladlı bir ailənin yeganə oğlu olan Karoy Koş orta təhsilini Koloşvar şəhərində (indiki Kluj-Napoka) bir kalvinist kollecində, ali təhsilini isə Budapeşt Universitetində mühəndislik üzrə almışdır. Karoy Koş daha sonra memarlıqla maraqlanmış, 1907-ci ildə Budapeşt Memarlıq Məktəbindən məzun olmuşdur. O, təhsil aldığı dövrdə və karyerasının ilk illərində tarixi və ənənəvi xalq memarlığı ilə maraqlanırdı. Buna görə də o, Kalotaseq regionuna və Sekey diyarına tədqiqat məqsədli səyahətlər etmişdir. 1909-cu ildə Karoy Koşun Zebegen qəsəbəsində bir Roma-Katolik kilsəsi, Obudada bir kalvinist kilsəsi, 1910-cu ildə isə Budapeşt Zooparkı layihəsi təsdiq edilmişdir. 1910-cu illərdə o, Koloşvar şəhərində kalvinist kilsəsi və Şepşisentdyörd şəhərində (indiki Sfıntu-George) bir xəstəxana layihələri üzrə işləmişdir. Bu dövrdə onun memarlıq üslubuna Vyana ayrılması və art-nuvo böyük təsir göstərmişdir.
SOS siqnalı
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sos-art
Sos-art (rus. соц-арт) və ya sovet pop-artı — konseptualizmdə sənət növü. Sos-art SSRİ-də meydana gəlmişdir. Yaradıcıları Vitali Komar və Aleksandr Melamid hesab edilir. Sos-art sosialist realizminə və sovet estetikasına xas obraz, janr və klişeləri istifadə etməklə, onları tamam fərqli tərzdə istifadəçiyə çatdırmağı qarşısına məqsəd qoyur. SSRİ-də 1970-ci illərin sonunda alternativ incəsənətin əsasında dövlət idealogiyasının əksinə çıxan istiqamətlərdən biri idi. Sos-art sanki sovet incəsənətinin parodiyası kimi özünə yer tutmuşdu. Sosrealizmin təbliğ etdiyi şəxləri sos-artçılar ironik şəkildə və ironik adla adlandıraraq təqdim edirdilər. Sos-artı Avropanın pop-artı ilə əlaqələndirmək olar. Yəni sos-artın əmələ gəlməsində sürrealizm və pop-art anlayışları böyük rol oynayırdı.
Sos (Xocavənd)
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir.
Sos (kommuna)
Sos (fr. Sausses, oks. Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04202. 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. 2007-ci ildə 61 yaşda (15-64 yaş arasında) 42 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.9%, 1999-cu ildə bu 62.8%). Fəal olan 42 nəfərdən 38-i (23 kişi və 15 qadın), 4-ü işsizdir (2 kişi və 2 qadın).
Kastelle-le-Sos
Kastelle-le-Sos (fr. , oks. Castelet de Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04042. 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 34 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 63.0%, 1999-cu ildə 58.8%). 34 fəal şəxsdən 32 nəfəri (20 kişi və 12 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Kos-e-Dyej
Kos-e-Dyej (fr. Causse-et-Diège, oks. Causse e Diège) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12257. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 422 nəfərdən (15-64 yaş) 314 nəfəri iqtisadi cəhətdən fəal, 108 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 66.5%) idi.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Foks
Foks (ad)