Kos-kosa

Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında KosaKeçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur. Səməni bir növ halva olub, bişirildiktən sonra Novruz gecəsi bir qismi suya buraxılır.

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.111-115.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]