Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Sklera
Sklera və ya gözün ağı, köhnə ədəbiyyatda tunica albuginea oculi – əsasən kollagen və bəzi mühüm elastik lifləri ehtiva edən insan gözünün qeyri-şəffaf, lifli, qoruyucu, xarici təbəqəsidir. İnsanlarda və bəzi digər onurğalılarda, bütün sklera rəngli irislə ziddiyyət təşkil edən ağ rəngdədir, lakin əksər məməlilərdə skleranın görünən hissəsi irisin rənginə uyğundur, buna görə də digər onurğalılarda ağ hissə normal olaraq görünmür. hər ikisi üçün fərqli rənglər.Embrionun inkişafında sklera sinir qişasından əmələ gəlir. Uşaqlarda daha incədir və bir az mavi görünən əsas piqmentin bir hissəsini göstərir.Yaşlılarda sklera üzərindəki yağ yataqları onu bir qədər sarı göstərə bilər.Tünd dəri olan insanlar melanin piqmentasiyası nəticəsində təbii olaraq qaralmış skleralara sahib ola bilərlər. İnsan gözü solğun skleraya (irisə nisbətən) sahib olmaq üçün nisbətən nadirdir.Bu, bir fərd üçün başqa bir şəxsin hara baxdığını müəyyən etməyi asanlaşdırır və kooperativ göz fərziyyəsi bunun şifahi olmayan ünsiyyət üsulu kimi inkişaf etdiyini göstərir.
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Skreb
Avstraliyanın quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda ekvalipt və akasiya ağaclarından ibarət meşədir.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Andrey Sereda
Andrey Viktoroviç Sereda (ukr. Андрiй Вiкторович Середа, 1 yanvar 1964, Kiyev) — Ukraynanın rok-müğənni və aktyor, „Komu Vnız“ rok-qrupunun lider və vokalist.
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. == İlk illəri == Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Dunayska Streda
Dunayska Streda (slovak. Dunajská Streda, alm. Niedermarkt‎, mac. Dunaszerdahely) — Slovakiyanın cənubunda, Trnava bölgəsində şəhər. Əhalisi 23 562 nəfərdir (2004-cü il). Şəhər ölkədəki macar azlığının qeyri-rəsmi paytaxtıdır. == Tarix == Şəhərin adı ilk dəfə 1238-ci ildə qeyd edilib. XV-XVI əsrlərdə şəhər hüquqları əldə etmişdi, lakin buna baxmayaraq XIX əsrin sonlarına kimi Dunayska Streda sənətkarların hakim olduğu kiçik bir qəsəbə statusunu saxlamışdı. XX əsrin ikinci yarısından şəhərdə sənayeləşmə prosesi başlamışdı.
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serena Vilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. == Həyatı == == Fəaliyyəti == Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serera (asteroid)
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra, Sereraya cırtdan planet statusu verilmişdir.
Serera (dəqiqləşdirmə)
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Serera (mifologiya)
Serera — Qədim Roma mifologiyasında əkinçilik və məhsuldarlıq ilahəsi. Əsasən plebeylər sitayiş edirdilər. Aprel və avqust aylarında Sereranın şərəfinə bayramlar keçirilirdi. E.ə. V əsrdən Sereraya sitayiş Demetraya sitayişlə qovuşmuşdu. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Serera dağı
Serera dağı (norv. Ceresfjellet) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1675 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 3-cüdür. Zirvə cırtdan planetlər siyahısına daxil olan Sereranın şərəfinə adlandırılmışdır.
Serera planeti
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra, Sereraya cırtdan planet statusu verilmişdir.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Strela adası
Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir. == Təsviri == Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.
Valentina Serena
Valentina Serena — məşhur italiyalı voleybolçu. Bir dəfə CEV Qadınlar Çempionlar Liqasında çempion titulunu qazanmışdır. == Karyerası == Serena karyerasına doğma vətəni İtaliyada başlamışdır. 12 il öz ölkəsində oynadıqdan sonra Türkiyəyə transfer olunmuşdur. Bir il "Ankaragücü"ndə oynamış, 2013-cü ildən 2014-ci ilə qədər isə Azərbaycanın "İqtisadçı" voleybol klubunda oynamışdır.2014-cü ildən voleybolçu Rumıniyanın Stai creando Clubul Sportiv Municipal Buxarest klubunda oynayır.
Şorena Begaşvili
Şorena Begaşvili (8 iyul 1982, Rustavi) - gürcü aktrisa və teleaparıcı. Şota Rustaveli adına Teatr və Film Universitetini bitirib. Vake Teatrının Bodrumunda, Rustaveli Teatrının Bodrumunda, Qlobus Teatrında çalışıb. Şorenanın karyerası praktiki olaraq 2008-ci ildə gürcü dilli "Playboy" üçün soyunanda başladı. Bundan sonra Begashvili müxtəlif erotik rollar oynadı. 2009-2010-cu illərdə müəllifin "Şorenayla Gecə" (İmedi TV) erotik proqramına sahib idi. Şou həm ictimaiyyət, həm də ruhanilər tərəfindən çoxlu tənqidlərə səbəb oldu. Rustavi 2-də Vaniko Tarkhnishvili ilə birlikdə 2017-ci ildə bağlanan "Şanslı Təkər" proqramına ev sahibliyi etdi. Shorena həm işi, həm də şəxsi həyatı ətrafında bir çox qalmaqallara qarışdı. Ən məşhur qalmaqallardan biri, Gürcüstan taxtının varisi David Muxraneli ilə aralarında olan romana aiddir.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
Skesa burnu
Skesa burnu — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının II İohann Pavel yarımadası sahillərindən qərbdə yerləşən burundur. Burun Zornitsa buxtasından şimalda yerləşmişdir. == Yerləşməsi == Burun Rove burnundan 6.92 km şimal-şərqdə, Esseks burnundan 18 km şimal-şərqdə, Merkuri bluffdan 5.18 km cənub-qərbdə, Şirreff burnundan 9 km cənub-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.