Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir.1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Kuno
Cuno (ing. Juneau) - ABŞ-də şəhər,Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə.Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər. 2015-ci ildə müasir tədqiqat layihəsi çərçivəsində Koçno daşının kiçik bir hissəsinin üzəri Qlazqo Universitetinin tədqiqatçıları tərəfindən 3 günlük açıldı.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Skunk Fu!
Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər. Şou "Ən yaxşı animasiya" kateqoriyası üzrə İFTA mükatını qazanıb. İngilis səsyazmasına əlavə olaraq irland, fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır. == Özət == Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi (öz hərəkətlərinin məsuliyyətini qəbul etməyərək). Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır.
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Fubuki Kuno
Fubuki Kuno (d. 27 dekabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kuno fon Klebelsberq
Kuno fon Klebelsberq (alm. Kuno von Klebelsberg‎; 13 noyabr 1875 – 12 oktyabr 1932, Budapeşt) ― Macarıstan hüquqşünası və siyasətçisi, qraf, müharibə illərində Macarıstan krallığının daxili işlər naziri (1921-1922) və mədəniyyət naziri (1922-1931). 1917-1932-ci illərdə Macarıstan Tarix Cəmiyyətinə rəhbərlik etmişdir. == Həyatı == Klebelsberq, Avstriya-Macarıstanın Madyarpeçika şəhərində (indiki Peçika, Arad judetsi, Rumıniya) anadan olmuşdur. Birinci Dünya Müharibəsi, Trianon müqaviləsinin imzalanması və vətəndaş müharibəsinin dağıdıcı nəticələrindən sonra Macarıstan böhran içində idi. Klebelsberq 1921-ci ildə növbəti ilə qədər daxili işlər naziri vəzifəsinə təyin olunur. Daha sonra o, mədəniyyət naziri olur (1922-1931) və Macarıstanda təhsil sahəsində bir çox islahatlar həyata keçirir. Klebelsberq kənd yerlərində ibtidai məktəblərin yaradılmasında iştirak edir, bir çox universitetin müasirləşdirilməsinin təşəbbüskarı olur və "Kollegium Unqarikum"u" təşkilatını yaradır. Bu təşkilat xaricdə mədəniyyət sahəsində fəaliyyət göstərirdi və məqsədi digər ölkələrdə Macarıstan mədəniyyəti haqqında məlumatlılığı inkişaf etdirmək idi. Klebelsberq tələbələrə təqaüd verən mütərəqqi siyasəti tətbiq etməklə də məşhur idi.