Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alipay
Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir. == Tarixi == 6 iyul 2009-cu il tarixinə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu, gündəlik dövriyyəsi isə 700 milyon yuanı keçib. 2010-cu ilin dekabr ayına qədər Alipay ödəmə sistemində 550 milyondan çox istifadəçi qeydiyyatdan kjeçir və hər gün təqribən ümumi məbləği 385 milyon dollar olan 8,5 milyon əməliyyat həyata keçirilir. 2011-ci ilin nəticələrinə görə Alipay payı elektron ödəmələr seqmentindəki ödəmə sistemi 50% -i keçir. Bu isə təxminən 46 milyard dollarlıq əməliyyat idi.
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Henrix Şliman
İohann Lüdviq Henrix Yulius Şliman (alm. Johann Ludwig Heinrich Julius Schliemann‎; 6 yanvar 1822, Noybukov, Meklenburq-Şvelin — 26 dekabr 1890, Neaopl) — alman sahibkarı, Troyada Homer dövrünün axtarışını aparmış həvəskar arxeoloq. == Həyatı == Henrix Şliman 1822-ci ilin 6 yanvar tarixində Baltik dənizdən çox da uzaqda olmayan Meklenburq-İsveç hersoqluğunun şəhəri Noybukovda doğulub. Onun atası Ernest Şliman (1780-1870) yerli keşiş idi. O, tez-tez oğluna müxtəlif əfsanələr danışırdı. Beləliklə, erkən yaşlardan Şlimanda tarixə həvəs formalaşır. == Sonrakı dövrlər == Atasının başına gələn müəyyən hadisələr zamanla ailənin dağılmasına səbəb olur. Henrix əmisinin himayəsinə keçir. Henrixin əmisi şəhərcikdə keşiş kimi çalışırdı. Henrixin dillərə olan marağını gördükdən sonra onu Karl Andresin yanında latın dilini öyrənməyə yollayır.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Şilpa Şetti
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Şipot şəlaləsi
Şipot şəlaləsi (ukr. Шипіт; hərfi tərcümədə "cızıltı") – Ukraynanın Zarkarpatya vilayətində, Mejqorsk rayonunda, Pilipets çayı üzərində yerləşən şəlalə. Pilipets kəndindən 6 km uzaqlıqdadır. Şəlalənin hündürlüyü 14 metrdir.Şipot şəlaləsi Ukraynanın ən məşhur şəlalələrindən biridir. Hər il bura xeyli turist gəlir.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster[d], Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. == Həyatı == Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Qala Rəsul Siyat (Bükan)
Qala Rəsul Siyat (fars. قلعه رسول سيت‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 478 nəfər yaşayır (104 ailə).
Sirat körpüsü (film, 2007)
== Məzmun == Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.