Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sövhac
Sövhac (ərəb. سوهاج‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 132.649 nəfərdir (2006).
Surac Sadıqov
Surac Ədalət oğlu Sadıqov (d. 15 iyul 2001; Ağalıkənd, Biləsuvar rayonu — ö. 10 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Surac Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Surac Sadıqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixində tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Suhai Əziz Talpur
Suhai Əziz Talpur (sind dilində: سُهائي عزيز ٽالپر). 1988, Sind əyaləti) — Pakistan hüquq-mühafizə orqanlarının əməkdaşı, 2013-cü ildən polis superintendetinin (baş inspektordan daha yüksək vəzifə) köməkçisi, ölkə polisində xidmət edən 3-cü sindli qadın. Talpur 2018-ci ilin noyabrında Kəraçidə Çin konsulluğuna edilən terror hücumunun qarşısının alınmasında rəhbər roluna görə yüksək qiymət almışdır. == Haqqında == Suhai Əziz Talpur 1988-ci ildə Bhai Xan Pakistanın Sind bölgəsinin Talpur kəndinin Tando Məhəmməd Xan məntəqəsində anadan olub. Onun atası Əziz Talpur siyasi fəal və yazıçıdır. == Təhsili == Talpur Fauci Fondunun Ali Orta məktəbini bitirmiş və daha sonra Heydərabadda Bəhri Fondu Kollecinə daxil olub. O bakalavriat dərəcəsini Zübeydə Qızlar Kollecində almış və onun magistr dərəcəsini Cəmşuruda Sind Universitetində iqtisadiyyat üzrə almışdır. O, Heydərabadda Əl-Həmd Akademiyasında və Skans Mühasibatlıq Məktəbində diplomlu mühasib sertifikat kursu keçmişdir. Onun valideynləri onu məktəbə yazdıqdan sonra ailəsi kəndi tərk edib şəhər ətrafı əraziyə köçmüşdür. == Əmək fəaliyyəti == Talpur - Sindin aşağı platosundan Pakistan polisində َُASP-də (Alfa Siti Polis) rütbə almış ilk qadın idi.
Sluç çayı
Sluç (ukr. Случ, Южная Случь ) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir. Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır.
Suha (Nəmin)
Suha (fars. سوها‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,783 nəfər yaşayır (345 ailə).