Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamleş Mehta
Kamleş Mehta (1 may 1960) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kamleş Mehta Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Kamleş Mehta Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Zubin Mehta
Zubin Mehta (hind. ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[…], Bombey, Britaniya Hindistanı) — Hindistannın parsilər əsilli dirijoru. == Bioqrafiyası == Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır.