Zubin Mehta (hind. ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[1][2][…], Bombey, Britaniya Hindistanı[3]) — Hindistannın parsilər əsilli dirijoru.
Zubin Mehta | |
---|---|
hind. ज़ुबिन मेहता | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 29 aprel 1936[1][2][…] (88 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, musiqi direktoru[d], musiqiçi |
Fəaliyyət illəri | 1958-ci ildən |
Janr | klassik musiqi |
Musiqi alətləri | piano, kontrabas |
Albom şirkətləri | Decca Records[d], Columbia Records, Doyçe Qrammofon[d] |
Üzvlüyü |
|
Mükafatları | |
zubinmehta.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır. 1958 ci ildə Mehta Liverpul filarmoniyasından dirijor assistentliyinə dəvət alır. Artıq 1960–1967 ci illərdə Monreal simfonik orkestrinə rəhbərlik edir. 1962–1978 ci illərdə Los Anceles filarmonik orkestrinə, 1978–1991 ci illərdə Nyu york filarmonik orkestrinə rəhbərlik edir. 1969 cu ildə Mehta İsrail filarmonik orkestrinə musiqi məsləhətçisi kimi dəvət alır, 1977 ci ildən isə ona tam rəhbərlik edir. Bu kollektivdə onun uğurları o qədər böyük olur ki, orkestrin ömürlük rəhbəri elan edilir. Yanaşı olaraq Mehta Bavariya dövlət operasına rəhbərlik edir.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |