Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amesia
Mürgəkotu (lat. Epipactis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Koesit
Koesit (kousit) - mineral, SiO2. Monoklinik. Kristalları prizmatik, lövhəvari. İkiləşmə {100} və {021} üzrə. Ayrılması iki müstəvi üzrə. Dənələri qeyri-düzgün formalı. Rəngsiz. Sərtliyi 7,5. Xüsusi çəkisi 2,93. Yüksək temperatur (500-600 0C) və təzyiq şəraitində əmələ gəlir.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur. Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018).
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Amesia consimilis
Amesia discolor
Amesia gigantea
Epipactis gigantea (lat. Epipactis gigantea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü.
Amesia latifolia
Amesia longibracteata
Amesia monticola
Amesia pycnostachys
Amesia squamellosa
Amesia tenii
Amesia yunnanensis
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Radde əsməsi
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemone raddeana Regel Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Yuxu əsməsi
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Çələng əsməsi
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. Pulsatilla coronaria (L.) Borkh.
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Şəməsi döyüşü
Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi. Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu. Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı.
Şəmşir Həziyev
Şəmşir Həziyev — polkovnik-leytenant, Həziyev Şəmşir Bəxtiyar oğlu 1978-ci il fevral ayının 27-də Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1985-ci ildə Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbinə daxil olub, 1993-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü ildən 1995-ci illə qədər təhsilini C. Naxcıvanski adına Hərbi Liseydə davam etdirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi tank taqım komandiri ixtisası üzrə bitirib. 1999-cu il sentyabr ayından 2001-ci il oktyabr ayına qədər 888 saylı hərbi hissədə tank taqım komandiri, 2001-ci ilin oktyabr ayından tarixdən 052 saylı hərbi hissədə ezam olub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən 052 saylı hərbi hissədə 2002-ci ilin noyabr ayından 2003-cü il noyabr ayına qədər qrup komandirinin müavini vəzifəsində, 2003-cü il noyabr ayından 2008-ci ilin iyul ayına qədər qrup komandiri vəzifəsində, 2008-ci ilin iyul ayından Xüsusi Təyinatlı Alayın Əməliyyat Bölmə Rəisinin Baş köməkçisi vəzifəsində, 2014-cü ilin mart ayından 2014-cü ilin dekabr ayınadək kəşfiyyat bölmə rəisinin məlumatların toplanması və analizi üzrə köməkçisi vəzifəsində, 4 dekabr 2014-cü il tarixdən kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinə, xidmət edir. 44 günlük vətən müharibəsində hərbi hissənin kəşfiyyar rəisi kimi Kəlbəcər, Cəbrayıl, Xocavən və Şuşa uğurunda döyüşlərdə aktiv iştirak edib. 7 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması zamanı gedən döyüşlərdə ağır yaralanmışam. İki gün yaralı vəxiyyətdə Şuşa şhərində yaralıqaldıqdan sonra 9 noyabr 2020-ci il tarixində təxliyyə olunaraq Fizuli rayonunun Qaradiz qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra Bakı Mərkəzi hərbi hospitalına təxliyyə olub. Qeyd olunmuş rayonların azad olunmasına görə medalı ilə təltif olunub və eyni zamanda "Qarabağ ordeni" ilədə təltif olub.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.