Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedrjix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Cüzeppe Meattsa
Cüzeppe Meattsa (it. Giuseppe Meazza, 23 avqust 1910, Milan – 21 avqust 1979, Rapallo, Liquriya) — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu. Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub. İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir. Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır. == Bioqrafiya == Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib. == Karyerası == 14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır.
Smetse Smeye
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əsərdən ən maraqlı əsər "Smetse Smeye" novellasıdır. Bu novellanın motivləri isə şeytanın özünü belə aldadan sadə dəmirçi və xalq nağıllarında tez-tez rast gəlinən üç arzunun yerinə yetirilməsi haqqında mövzuların ifadə olunduğu bir neçə orta əsr fabliosundan götürülmüşdür. Bu novella digərlərindən fərqli olaraq daha çox fantastika ilə müşayiət olunan real məişət materialları ilə zəngindir. == Qısa Məzmunu == Dəmirçi Smetse qana boyanmış XVI əsr Flandriyasında yaşayır. Bu dəmirçi, öz şagirdləri ilə birlikdə xalqa zülm edən inkvizitorun, hersoq Albanın və II Filippin kölgələrinin öhdəsindən gəlir, onların cinayətlərini sadalayır. Smetse Smeye realist obrazdır. Daha çox xalq ədəbiyyatının qəhrəmanlarını xatırladır. O, oyunbazdır, işgüzardır və gözəl sənətkardır; bununla belə o, kələkbaz və çevik adamdır, o, həm də sadədil və xeyirxahdır. Smetse nəinki dara düşən dostunu, hətta düşmənini də xilas etməyə hazırdır. Heç şübhəsiz ki, bütün bu xüsusiyyətlər daha kamil şəkildə gələcəkdə yazıçının şah əsəri olan "Ulenşpigel əfsanəsi" əsərində böyük məharətlə ifadə olunmuşdur.
Hannelora Şmats
Hannelora Şmats (16 fevral 1940, Reqensburq, Bavariya – 2 oktyabr 1979, Everest) — Everest zirvəsinə çıxmış dördüncü qadın olan alman alpinist. O, cənub marşrutu ilə Everest zirvəsindən qayıdarkən yıxılmış və ölmüşdür; Şmatz Everestin yuxarı yamaclarında ölən ilk qadın və ilk alman vətəndaşı idi. == Bioqrafiya == Şmatz əri Gerhard Şmatz ilə cənub-şərqi silsilə marşrutu ilə ekspedisiyada idi və o, 8300 metr hündürlükdə öldü. Ekspedisiya rəhbəri olan Gerhard Şmatz o zaman 50 yaşında idi və Everest zirvəsinə çıxan ən yaşlı adam idi. Eyni ekspedisiyada amerikalı Rey Cenet də olub, o da zirvədən enərkən həlak olmuşdur. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə dayanmışdılar. Rey Cenet həmin gecə öldü və həm Şerpa, həm də Şmatz əziyyət çəkdilər, lakin enişlərini davam etdirmək qərarına gəldilər. Sonra 27,200 fut (8,300 m) hündürlükdə Şmatz oturdu, Şerpaya "su, su" dedi və öldü. Şerpa bələdçilərindən biri olan Sunqdare Şerpa yalnız bədəni ilə birlikdə qaldı və nəticədə əl və ayaq barmaqlarının çoxunu itirdi. Cenetin cəsədi qarın altında yoxa çıxdı, lakin Şmatzın cəsədi dağda öldüyü yerdə qaldı.