Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pançala
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand və Uttar Pradeş ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region. Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka və Tayttiriya geniş yayılmışdır. Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi.
Sancalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvələrində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır. Tofiq Sarıcalınski — Dövlət xadimi Rüstəm Rüstəmov — Professor , alim Ələsgər Rüstəmov — Hüquqşünas Youtube-da bax: Bir kəndin nağılı. Sarıcalı (film) Kəmalə Sarıdcalinskaya — Hüquqşünas, Zakavkaziyada ilk qadın kriminalist.
Sinacalia
Sinacalia (lat. Sinacalia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Şonacola
Şonaçola — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 212 nəfərdir. Oykonim talış dilindəki şona (çoban) və çala sözünün yerli tələffüz forması olan cola komponentlərindən ibarət olub, “çoban çalası, çoban çökəkliyi” mənasındadır.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sadala burnu
Sadala burnu (bolq. нос Садала, ‘Nos Sadala’ \'nos sa-'da-la\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Robert burnundan 2.43 km şimal-şərqdə, Batuliya burnundan 2.97 km cənub-qərbdə, Kitçen burnundan isə 4.8 km cənub-qərbdə yerləşmişdir. Burun E.ə 87-79 illərdə Frakiya hökmdarı olan Sadalanın adını daşıyır. Bolqarıstan xəritəsinə 2009 və 2010-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Salala (Ərdəbil)
Salala (fars. سلاله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı Mərkəzi bölümü və Azadlı dehistanında ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (70 ailə). Bu kəndin əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Önəçli məhsullarından buğda və arpanı göstərmək olar.
Açala Gekabel
Saçal Sarmast
Saçal Sarmast (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu dilində: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi; Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır. Buna görə o "Şair-e həft zəban", yəni 7 dildə yazan şair kimi tanınmışdır. O hicri tarixi ilə 1152-ci ildə (miladi tarixi ilə 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur. Hal-hazırda Sind əyalətinin Xayrpur məntəqəsindən 40 km cənub qərbdə yerləşən Darazada Saçalın türbəsi mövcuddur. Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 14-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük mərasim Saçalın ürsü adlanır. Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiqili konsert də keçirilir. Sindin baş naziri Sayed Qaim Əli Şah bu mərasimlə əlaqədar Ramazan ayının 14-də Daraza Şərifdə olur və Sind şairi və sufi müqəddəsinin məzarı üzərinə çələng qoyur. O həmçinin Urs mərasimini açaraq Məhfil-e Samanı ziyarət edir və Saçal Sarmastın ardıcıllarınan ənənəvi üslubda onun şeirlərinə bəslənən musiqiləri dinləyir. Daraza Şərifdə Saçal bağının təməl daşını qoyur və açıq Saçal Muzey guşəsi yaradır. Saçal Sarmastın tərəfdarları Hindistan, Banqladeş, İran, Türkiyə və digər ölkələrdən onu ziyarət etmək üçün bura təşrif buyururlar.
Scala (proqramlaşdırma dili)
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.