Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Şimla
Şimla (hind. शिमला, ing. Shimla) — Hindistanın Himaçhal Pradeş vilayətinin paytaxtıdır. Şəhərin əhalisi 2011 il hesablanmasına əsasən 814,010 dur. Şəhər Birləşmiş Krallıq dövründə yay paytaxtıydı. Məhəmməd Ziyaülhaqq - Keçmiş Pakistan prezitendi. Hamid Kərzai - Əfqanıstan prezitendi.
Nimfa
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Filira (nimfa)
Filira (yun.
Kalipso (nimfa)
Kalipso (yun. Καλυψώ) yunan mifologiyasında Ogigia adasında yaşamış dəniz nimfası, titan Atlantın qızı , Hesiod teoqoniyasına görə Okean və Tefidanın qızı okeanida , Apllodora görə Nerey və Dorida qızı nereid kimi göstərilib.
Kallisto (nimfa)
Kallisto (yun.
Kirena (nimfa)
Kirena (yun.
Koronida (nimfa)
Koronida (yun. Κορωνίς) yunyn mifologiyasında nimfa, Apollonun sevgilisi və təbabət tanrısı Asklepin anası.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Nimba dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.
Orchis simia
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Pandrosa (nimfa)
Pandrosa — Qədim yunan mifologiyasında personaj.
Salmakida (nimfa)
Salmakida, Salmakis ( yun. Σαλμακίς, lat.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.